“600+” Tələbə klubunun təsis iclası keçirilib

22 DEKABR 2016 | VIEWS:

Dekabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “600+” Tələbə klubunun təsis iclası keçirilib. Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru  Anar Rzayev bildirib ki, klubun məqsədi UNEC-ə 600 və daha yüksək balla qəbul olan tələbələri bir araya toplayaraq, onların potensialını dəyərləndirməkdir. Klub üzvləri UNEC-in elmi, ictimai və sosial həyatında fəal iştirak edəcək, tələbə həyatına yönəlik layihə və proqramlar hazırlayacaqlar. Eyni zamanda, intellektual-əyləncəli tədbirlər keçirəcəklər. “600+” Tələbə klubu UNEC-i yerli və beynəlxalq səviyyəli konfrans, müsabiqə və olimpiadalarda təmsil edəcəklər. Bundan başqa, klub üzvləri tələbə-mentorlarla fikir mübadiləsi aparacaq, tələbələr arasında təhsil kultunun yüksəldilməsinə və uğurlu tələbə obrazının təbliğinə yönəlik tədbirlər həyata keçirəcəklər.

İclasda “600+” Tələbə klubunun əsasnaməsi təsdiq edilib. Sonra isə səsvermə ilə İdarə Heyətinin üzvləri seçilib. “600+” Tələbə klubunun əsasnaməsinə əsasən, İdarə Heyəti üzvlərinin sayı fakültələrinin sayına bərabər olmalıdır. Hər hansı fakültədə müvafiq bal toplayan tələbə olmadıqda, bu yerlər digər fakültələrə verilir. Buna görə də İdarə Heyətinin 12 üzvündən 1 tələbə İqtisadiyyat, 1 tələbə Türk Dünyası İşlətmə fakültəsinin tələbəsidir. 10 tələbə isə Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alır.

Bildirilib ki, yaxın günlərdə İdarə Heyətinin üzvlərinin ilk toplantısı keçiriləcək. Toplantıda “600+” Tələbə klubunun sədri seçiləcək. Əsasnaməyə uyğun olaraq, sədr iki il müddətinə və gizli səsvermə yolu ilə seçiləcək.

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - casino siteleri - ucuz uz - Free twitch viewers - vozol