1949-cu ildə Gəncə şəhərində anadan olmuşdur.
1966-cı ildə Gəncə şəhəri 1 saylı orta məktəbi bitirmişdir.
1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirərək mühəndis-texnoloq ixtisasını almışdır.
1974-1977-ci illərdə Ukrayna Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat “Maqaraç” İnstitutunda (keçmiş Ümumittifaq Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu “Maqaraç”) məqsədli aspirant olmuşdur.
1979-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Texnika elmləri namizədidir.
*
1977-1980-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır.
1981-2000-ci illərdə Azərbaycan Texnologiya İnstitutunda (indiki Azərbaycan Texnologiya Universiteti) assistent, dosent, “Konservləşdirmə və və şərabçılığın texnologiyası” fakültəsinin dekanı, institutun tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir.
2000-ci ildən 2020-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası” kafedrasının dosenti vəzifəsində çalışıb.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
83 elmi-metodiki əsərin müəllifidir.