Dünya təcrübəsi kontekstində UNEC- də elm və təhsil vəhdətinin yeni dizaynı

11 OKTYABR 2016 | VIEWS:

“İqtisadiyyat” qəzeti, 2016

Güclü milli universitetə malik olmadan, güclü iqtisadiyyat qurmaq mümkün deyildir.  

İqtisad elmləri doktoru,  professor  ZAHID FƏRRUX MƏMMƏDOV
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)   “ELM” şöbəsinin müdiri  

Azərbaycanda Elmin inkişafi dövlət siyasətinin mühüm prioritet sahələrindən biridir və biliklərə əsaslanan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə fundamental elmlər üzrə tədqiqatları genişləndirmək və fundamental elmlər üzrə araşdırmaların müasir tələblər səviyyəsinə çatdırılması vəzifələri təsbit edilmişdir.

Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli icra olunması elmi üçbucağa – «nəzəriyyə, ideologiya və texnologiya» əsaslandığına ğörə ölkəmizin ictimai həyatının bütün sahələrində məqsədyönlü inkişaf əldə edilmişdir. Tam əminliklə demək olar ki, “AZƏRBAYCAN – 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASInın  əsas prioritetlərindən birini sosial sahələrin və insan kapitalının inkişafı təşkil edir. Konsepsiya çərçivəsində təhsildə keyfiyyətin artırılması məsələsi prioritet istiqamətlərindən biridir. Bu, indiki mərhələdə ali təhsil sisteminin ən zəruri vəzifəsidir.

Lakin bununla yanaşı, bu gün Azərbaycanda universitetlər elm və təhsilin vəhdəti  iqtisadiyyatın ehtiyac­larına yetərincə cavab verirmi sualı ən çox müzakirə edilən mövzular sırasındadır [UNEC-də konfrans: “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar”]

7 iyun 2016 – cil tarixində UNEC-də : “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” keçirilən konfransda  universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, elm, təhsil və təcrübənin vəhdəti olmadan biznesdə uğur qazanmaq mümkün deyil. Rektor elmi tədqiqatların aparılmadığı universitetin orta məktəbdən fərqlənmədiyini vurğulayıb: “UNEC-də elmlə təhsilin vəhdətini daha yüksək səviyyədə təşkil etmək üçün “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda konfrans keçirməyi qərara aldıq. 

Elmin ana mərkəzi kim universitetlər 

Avropada elmin ana mərkəzi universitetlər qəbul edilir. Universitetlərə professor- müəllim heyətinin işə qəbulunda birinci göstərici elmi fəaliyyət olaraq qəbul edilir. Müəllimlik fəaliyyəti arzu olunandır, lakin məcburi deyil.

İlk növbədə sizin elmi çalışmalarınızız  nəticələri  olaraq diqqətə alınır.  Elm adamı universitetə qrant gətirir, məqalələr çap edir, beynəlxalq və yerli mükafatlar qazandırır, öz fəaliyyətinə yeni-yeni tələbələ qazandırır və nəticədə universitetlərin reytinqinə təsir göstərir.

Qabaqcıl Avropa universitetlərində elmi tədqiqat aparmayan müəllim, elmi ictimaiyyətin üzvü olaraq  qəbul edilmir. Nəşr yoxdursa, deməli tədqiqat yoxdur.

Elmi tədqiqat fəaliyyəti olmayan, universitet akademik məsləyindən kənarlaşdırılır.

Ilk dəfə (1997), Çin rəsmiləri milli universitetlərin nədən dünyanın məhşur universitetlərindən elmi-tədqiqat sahəsində geri qalmalarının səbəb və nəticələrini təhlil etməyə və qiymətləndirməyə start verdi. Dünya üzrə universitetlərin reytinq  sistemini Şanxay universiteti Ali Təhsil İnstitutu tətbiq etməyə başladı.

2003-cü ildə İspaniyada universitetlərin reytinqini müəyyənləşdirmək üçün Wedometrics modeli tətbiq edilməyə başlandı. Universitet saytında, onun  elmi fəaliyyəti( kitablar, məqalələr və s.) və də əks olunur.  Universitet saytında biliyə əsaslanan məlumatlar yerləşdirilir və onların istifadə olunması səviyyəsi ilə ölçülür.

2007-ci ildə Tayvanda Ali Təhsil şurası elmi fəaliyyətinin qiymətləndirilməsi üzrə reytinq sistemi tətbiq etməyə başladı. Reytinq sistemində  prioritet olaraq elmi əsərlər və elmi əsərlərə edilən istinadlar əsas götürülür.

Sovet dönəmində təhsil sisteminin qarşısında duran əsas məqsəd dövlət struktur və əmək bazarında tələb olunan kadr ehtiyacını qarşılamaq olaraq qəbul edilirdi.

Qərb universitetlərində isə yuxarıda sadalanan məqsədlərlə bərabər prioritet olaraq universitetlərin elmi fəaliyyəti ön plana qoyulurdu. Bu nədənlə, uzun müddət Rusiya universitetləri Qərb universitetlərindən elmi fəaliyyət sahəsində çox geridə qalmışdır.

AR Təhsil Naziri M.Cabbarov sözü ilə ifadə etsək: “müasir dövrdə istənilən ölkənin iqtisadi inkişafı, onun vətəndaşlarının firavan yaşayışı ilk növbədə elm və təhsilin inkişafı ilə bağlıdır. Bu nöqteyi nəzərdən təhsil sistemində fəaliyyət göstərən alimlərimiz, təhsil alanlar və təhsil verənlər qarşısında birmənalı şəkildə yeni çağırışlar dayanır və Ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri də innovativ layihələrin həyata keçirilməsi üçün şərait və mühitin yaradılmasıdır. Bizneslə elmi ixtiraların görüş nöqtəsi üçün ən münbit və müvafiq yer məhz universitet olmalıdır.

UNEC regionun elm mərkəzidir

Bu gün İqtisad Universiteti “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun, davamlı olaraq, yeni layihələrlə çıxış edir. UNEC artıq regionun elmi müzakirə mərkəzinə çevrilib. Eyni zamanda UNEC dünyanın nüfuzlu universitetlərinin nümayəndələrini, elm adamlarını, iqtisadçılarını bir araya toplayan, beynəlxalq konfranslara ev sahibliyi edə bilən universitet statusuna malikdir. Universitetimiz Avropanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə proqramları həyata keçirir. QS, Webometrics kimi beynəlxalq reytinqlərdə ön sıralarda yer alır. UNEC-in professorlarının elmi nəşrləri “Thomson Reuters” kimi nüfuzlu beynəlxalq informasiya agentliklərində dərc olunur. UNEC elmi tədqiqat yönümlü universitetə çevrilmək istiqamətində uğurlu addımlar atır. Universitetdə fundamental meqafakültələr fəaliyyət göstərir. Gələcəkdə bu fakültələrin öz elmi jurnallarının hazırlanması istiqamətində işlər aparılır. Bunlar hələ son deyil, layihələrimiz, planlarımız çoxdur.

UNEC dünya elm məkanına aktiv inteqrasiya olunur. Hər il bütün dünyada məşhur olan alimlərin iştirakı ilə iqtisadiyyatın ənənəvi və yeni aktual problemləri üzrə beynəlxalq konfranslar, forumlar, elmi seminarlar keçirilir. ABŞ, Avropa, MDB, Asiyanın qabaqcıl universitetləri ilə birgə onlayn rejimdə video konfranslar təşkil edilir. UNEC alimləri beynəlxalq elmi konfranslarda, dünyanın tanınmış tədqiqat mərkəzlərində məruzələrlə fəal çıxış edir, diskussiyalar və fikir mübadiləsi aparırlar.

UNEC Avropa Şurasının (TASİS, TEMPUS, ERASMUS, SOKRATES), ABŞ (Fubright), bir sıra beynəlxalq iqtisadi təşkilatların (BMT, UNCTAD, Dünya Bankı, DTB) beynəlxalq elmi-innovasiya layihələrinin fəal iştirakçısıdır.

UNEC- də  «professor- müəllim heyətinin  elmi fəaliyyətinin qiymətləndirmə sistemi». 

Qərb Universitetlərində tələbələr tərəfindən «müəllimlərin qiymətləndirmə sitemi» tətbiq edilir. ABŞ universitetlərində bu sistem 1920-ci ildən etibarən tətbiq edilir və bu sistemin 3 əsas funksiyası mövcuddur:

  1. İnformasiya funksiyası – tədris kurslarının keyfiyyətini xarakterizə edir, tədris prossesi, tədris kursları və tələbələrin ixtisaslaşması mövzusunda dolğun məlumat hazırlanır və bu isə öz növbəsində rektorata optimal qərarların  hazırlanmasında yardımçı olur;
  2. Motivasiya funksiyası – tələbələr tərəfindən müəllimlərin qiymətlən­dirilməsi haqqında açıq informasiya məlumatı müəllimlərin öz üzərində daha da məsuliyyətlə işləməyə məcbur edir və dərsə çox hazırlıqlı gəlməsinə yardımçı olur;
  3. Stimullaşdırıcı funksiya isə ali məktəbin rəhbərliyi ilə müəllimlər arasında bağlanacaq müqaviləyə təsir göstərir.

Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə təsdiq olunan “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında Qaydalar”ın icrasını təmin etmək məqsədilə daimi Komissiya fəaliyyət göstərir. Differensial əmək haqqı sistemi (DƏHS) UNEC-də tam ştat və 0,5 ştat əvəzçiliklə çalışan professor-müəllim heyətini əhatə edir. Sənədin tətbiq olunmasında əsas prioritetlərindən biri insan kapitalının inkişafı və təhsildə keyfiyyətin artırılmasıdır. UNEC tədris prosesini həyata keçirən ali məktəb olmaqla yanaşı, həm də elmi araşdırmaları fasiləsiz təşviq edən mərkəzdir.

DƏHS professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirməsinin nəticələrinə əsaslanaraq onların vəzifə maaşlarına UNEC Elmi Şurası tərəfindən hər tədris ilinin əvvəlində müəyyən edilən əmsallar üzrə əlavələrin edilməsini nəzərdə tutur. Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki fəaliyyətinin üç əsas istiqaməti nəzərə alınmaqla həyata keçirilir: elmi fəaliyyətlər (40%), tədris fəaliyyətləri (40%) və özünü inkişaf fəaliyyətləri (20%).

Bu sistemin üstünlüklərindən biri – araşdırma yolu ilə bilik istehsal etmək və tədris yolu ilə savadlı kadrlar yetişdirməkdir.

Sistemin motivasiya funksiyası tələbələr tərəfindən müəllimlərin qiymətləndirilməsinə xidmət edir. Müəllimlər haqqında açıq informasiya məlumatı onları öz üzərində daha da məsuliyyətlə işləməyə və dərsə daim hazırlıqlı gəlməyə xidmət edir. Bu funksiya ali məktəbin rəhbərliyi ilə müəllimlər arasında bağlanacaq müqaviləyə də təsir  göstərir.

DƏHS vasitəsilə ictimaiyyətin bütün nümayəndələri, o cümlədən dünyanın istənilən məkanında fəaliyyət göstərən ali məktəb və reytinq təşkilatları UNEC-in fakültə, kafedralarının, eləcə də ayrı-ayrı professor-müəllim heyətinin elmi-pedagoji fəaliyyəti haqqında faktlara söykənən sənədlərə əsaslanan məlumatlar əldə edə biləcəkdir. Bu məlumatlar əsasında, ilk növbədə, universitet rəhbərliyi professor-müəllim heyətinin elmi fəaliyyətinə nəzarət edə biləcək.

Fakültələrin, kafedraların, professor-müəllim heyətinin reytinq göstəricilərinə görə  sıralanması, müəllimlərin elmi nəşrləri və onların  ictimaiyyətə təsir etmə gücü (impakt faktor), xarici ölkələrdə nəşr olunan elmi məqalələrin sayı, professor-müəllim heyətinin neçə faizinin elmi-tədqiqat işi ilə məşğul olması barədə məlumatlar da DƏNS-də öz əksini tapacaq. Bütün bu göstəricilər pedaqoji heyətin  müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı da nəzərə alına bilər.

2015-2016-cı tədrisili üzrə reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əmək haqqı 2 dəfə artırılacaq. 11-30-cu yerləri tutan müəllimlər üzrə bu göstərici1, 7 dəfə, 31-60-cı yerləri tutan müəllimlər üzrə 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlər üzrə 1,2 dəfə təşkil edəcək.

 “Müəlimin İllik Xidməti Fəaliyyət Balı”nın hesablanması qaydası

 

İSTİQAMƏT KRİTERİYALAR KRİTERİYA ÜZRƏ İLKİN BAL
A
PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN KRİTERİYA ÜZRƏ MAKSİMUM İLKİN BALI
B
KRİTERİYA ÜZRƏ İNDEKS BALI
C=(A/B)x100
KRİTERİYA ÜZRƏ XÜSUSİ ÇƏKİ
D
KRİTERİYA ÜZRƏ YEKUN BAL
E = C x D
Elmi fəaliyyətlər(40%) I. Elmi nəşr və istinadlar 0,2
II. Elmi layihə, patent və mükafatlar 0,1
III. Elmi tədbirlər 0,1
Tədris fəaliyyətləri(40%) IV. Dərslər 0,25
V. Elmi rəhbərlik 0,05
VI. Tədris-metodiki vəsaitlər 0,05
VII. Tədris komissiyaları 0,05
Özünü inkişaf fəaliyyətləri(20%) VIII. İxtisas dərəcəsini artırmaq 0,05
IX. Xarici dil biliklərini inkişaf etdirmək 0,1
X. İxtisasa uyğun seminar və treyninqlərdə iştirak 0,01
XI. Nüfuzlu peşə sertifikatlarını əldə etmək 0,02
XII. Nüfuzlu peşə birliklərinə üzvlük 0,02
Müəllimin İllik Xidməti Fəaliyyət Balı (F=kriteriya üzrə yekun balların cəmi)

 

 UNEC-DƏ  ELMİ NƏŞRLƏR

Ölkədə elmin vəziyyətinin ən önəmli göstəricilərindən biri də keyfiyyətli elmi nəşrlərin yayımıdır. Qloballaşma mühitində humanitar və ictimai elmlər sahəsində yeni vəzifələr müəyyənləşdirilir. Yeni elmi istiqamətlərin sayının artımına parallel elmi-periodik nəşrlərin sayında da yüksəliş müşahidə olunur və bu, yüksəlişə cavab olaraq müəllif, resenzent və jurnal redaktorları qarşısında ciddi tələb və məsuliyyət qoyulur.Azərbaycan Dövlət İqtisad Universitetinin nəşriyyatı 1972-ci ildən fəaliyyətə başlamışdır. Nəşriyyat bu illər ərzində minlərlə dərslik, dərs vəsaiti, metodik vəsait və metodik göstəriş,  tədris proqramları, monoqrafiya və külliyyatlar nəşr edərək müəllim və tələbələrin ixtiyarına vermişdir. Son illərdə nəşriyyatda 2400 adda müxtəlif təyinatlı çap məhsulları: dərsliklər, dərs vəsaitləri, metodiki göstəriş və vəsaitlər, fənn proqramları, monoqrafiyalar, müxtəlif formatlı elmi-praktiki konfransların materialları, tədris işində istifadə edilən çoxsaylı blanklar yüksək poliqrafik keyfiyyətdə və yüzminlərlə tirajla çap edilmişdir.“UNEC -də tərcümə edilmiş dərsliklər” seriyası ilə iqtisad elmləri üzrə dünya çapında yer alan fundamental əsərlər kafedralarda ingilis, rus və digər dillərdən tərcümə olunaraq şöbədə nəşrə hazırlanır və yüksək poliqrafik keyfiyyətdə çap edilir. İndiyə kimi 50-yə yaxın tərcümə kitabı on minlərlə tirajla çap edilmişdir. 

“Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” jurnalının məqsədi iqtisad və digər sosial elmlərin (tarix, beynəlxalq münasibətlər, fəlsəfə, sosiolo­gi­ya və s.) muasir və umumkonseptual problemlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən orijinal məqalələrin dərcinə us­tun­luk verməkdən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası – dis­­sertasiya­la­rın əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər qar­­şısın­da yeni tələblər qoymuşdur. Həmin tələblərə uyğun olaraq Azərbaycan Döv­­lət İqtisad Universiteti “Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xə­­bər­ləri” jurnalı üçün 2012-ci ilin yanvar ayında “ISSN 2306-8426” Bey­nəl­­xalq Standart Seriya Nömrəsi alınmışdır.

Bu jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə  etdiyi dövri elmi nəşrlər siyahısındadır

“İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı yarımillik nəzəri və elmi-praktik səciyyəli jurnal bu aspektdə respublikada nəşr olunan yeganə jurnaldır. Son dövrlərdə jurnalın müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində sistemli dəyişikliklər həyata keçirilməkdədir.

Jurnalın səhifələrində iqtisad elminin ən müxtəlif sahələrini əhatə edən, nəzəri və praktik əhəmiyyətə malik, müasir dövrün gerçəkliyini elmi cəhətdən əks etdi­­­rən sanballı məqalələr nəşr olunur. Artıq jurnalın beynəlxalq səviyyədə tanınması yönümündə konkret nəticələr əldə olunmuşdur. Beynəlxalq seriya nömrəsi (ISSN 2220-8739) almaq layanaşıjurnalın strukturunun və dərc edilən məqalələrin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi başa çatmışdı. “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı 2012-ci ildən İngilis dilində çap edilir.  “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı EBSCO Databases və Journal of Economic Literature in American Economic Association Publications kimi tanınmış indekslərdə qeydiyyatdadır.  Bu jurnalAzərbaycanRespublikasınınPrezidentiyanında Ali AttestasiyaKomissiyasınındissertasiyalarınəsasnəticələrinindərcolunmasıtövsiyə  etdiyidövrielminəşrlərsiyahısındadır. 

UNEC –də “Web of Science” sertifikasiya proqramı üzrə təlimlər

22 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyi ilə dünyanın aparıcı transmilli kütləvi media və informasiya şirkəti olan “Thomson Reuters Corporation”nın “İntellektual mülkiyyət və elm” bölməsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanmasıdır. Müqaviləyə əsasən Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında bu şirkətin “Web of Science” və “InCites” platformalarına tam çıxış əldə etdi.“

Yuxarıda qeyd olunanlar kontekstində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) də elmi fəaliyyətlərin stimullaşdırılması və UNEC-in iqtisadi tədqiqatların mərkəzinə çevrilməsi istiqamətində bir sıra addımlar atılmaqdadır. İlk növbədə “Thomson Reuters”in “WEB of Science” elmi platformasına daxil olan elmi jurnallarda məqalələr çap etdirən UNEC əməkdaşları üçün birdəfəlik pul mükafatı təsis edilmişdir. Mükafatın təsis edildiyi qısa müddət ərzində artıq bir neçə UNEC əməkdaşının qeyd olunan elmi jurnallarda məqalələri nəşr olunmuşdur.

UNEC-də bu istiqamətdə atılan mühüm addımlardan biri də ilk dəfə olaraq, “UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemi”nin 2015-2016-cı tədris ilindən tətbiq olunmağa başlamasıdır. 3 istiqamət, 12 kriteriya və 100-dən çox elmi-pedaqoji fəaliyyət növü əsasında professor-müəllim heyətinin illik xidməti fəaliyyət reytinqinin müəyyənləşdirildiyi bu sistemdə başda “Web of Science” elmi platformasında yerləşən elmi nəşrlər olmaqla, dünyanın nüfuzlu elmi nəşrlərində əsər çap edilməsinə yüksək ballar müəyyən edilmişdir. Aparılan təhlillər göstərir ki, Sistemin tətbiqindən keçən bir semestrlik dövr ərzində UNEC professor-müəllim heyətinin tədqiqat fəaliyyətlərində fəallıq əvvəlki dövrlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artmışdır.

Növbəti mühüm addım isə UNEC-də kitabxana sisteminin tamamilə müasir əsaslarda və dünya standartlarına cavab verəcək səviyyədə yenidən qurulmasıdır. Bu iş layihə səviyyəsində artıq tamamlanmışdır. Yaxın dövr ərzində UNEC-də “Thomson Reuters”in elmi platformaları da daxil olmaqla, dünyanın əksər nüfuzlu elmi platformalarına elektron qaydada tam çıxış imkanlarına malik, eləcə də rəflərində ən müasir elmi və populyar nəşrlərin olduğu müasir bir kitabxananın açılışının edilməsi planlaşdırılır.  Hesab edirik ki, belə bir kitabxananın istifadəyə verilməsi UNEC-də həm tədris prosesinin, həm də elmi fəaliyyətlərinin formasiya təminatını köklü şəkildə yaxşılaşdıracaq və UNEC-i dünya səviyyəli universitet olma yolunda bir addım daha önə aparacaqdır.

UNEC-də “Thomson Reuters”in nümayəndəliyinin açılması nəzərdə tutulur.  UNEC-də “Thomson Reuters”in mütəxəssisləri tərəfindən “Web of Science” sertifikasiya proqramı üzrə təlimlərə keçirilib və 12 nəfər əməkdaş “Web of Science” sertifikasiya proqramına layiq görülmüşdür. Sertifikata sahib olanlar “Web of Science” platformasından istifadə qaydalarına dair təlim keçmək hüququ əldə ediblər. Onlar bu platforma üzrə Azərbaycanda təlim keçirə biləcək ilk mütəxəssisdirlər.

Bundan əlavə, gələcəkdə razılaşma əsasında UNEC mütəxəssislərinin Moskvada “Thomson Reuters” nümayəndəliyində təlimlərə qatılması da nəzərdə tutlur.

Bu gün İqtisad Universiteti “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun, davamlı olaraq, yeni layihələrlə çıxış edir. UNEC artıq regionun elmi müzakirə mərkəzinə çevrilib. Eyni zamanda UNEC dünyanın nüfuzlu universitetlərinin nümayəndələrini, elm adamlarını, iqtisadçılarını bir araya toplayan, beynəlxalq konfranslara ev sahibliyi edə bilən universitet statusuna malikdir. Universitetimiz Avropanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə proqramları həyata keçirir. QS, Webometrics kimi beynəlxalq reytinqlərdə ön sıralarda yer alır. UNEC-in professorlarının elmi nəşrləri “Thomson Reuters” kimi nüfuzlu beynəlxalq informasiya agentliklərində dərc olunur. UNEC elmi tədqiqat yönümlü universitetə çevrilmək istiqamətində uğurlu addımlar atır. Universitetdə fundamental meqafakültələr fəaliyyət göstərir. Gələcəkdə bu fakültələrin öz elmi jurnallarının hazırlanması istiqamətində işlər aparılır. Bunlar hələ son deyil, layihələrimiz, planlarımız çoxdur. Əminəm ki, UNEC gələcəkdə də nüfuzlu beynəlxalq konfranslara ev sahibliyi edəcək. 

2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabət qabiliyyətli ölkə olması nəzərdə tutulur. Göstərilən məqsədə çatmaq üçün Azərbaycanda yeni bilik və texnologiyaların istifadəsini, mənimsənilməsini və yayılmasını təmin edən milli elmi-innovasiya universitetin varlığına bağlıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Betgar - Omegle - Twitch view bot - Betnano