UNEC-də tədbir: “Müstəqil Azərbaycan dövləti Heydər Əlievin şah əsəridir”

19 OKTYABR 2016 | VIEWS:
3300

Oktyabr ayının 18-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilən təntənəli tədbir keçirilib. Tədbirdə UNEC-in Zaqatala filialının rəhbərliyi, professor-müəllim heyəti və tələbə-gəncləri iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev dövlət müstəqilliyinin iyirmi beş illik tarixi ərzində ölkədə baş verən ictimai-siyasi hadisələri şərh edib. Bildirib ki, xalqımız azadlıq və istiqlal duyğusunu, milli dövlətçilik ideyasını həmişə öz varlığında yaşadıb. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edilib. Həmçinin ictimai-siyasi sabitlik bərqərar olub və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradılıb.

Tədbirdə Zaqatala filialının baş müəllimi Camal Arıxov, Rəsul Makayev müstəqillik gününə həsr olunan məruzələrlə çıxış ediblər. Sonra müstəqillik gününə həsr olunan  videoçarx nümayiş etdirilib. Tədbir tələbələrin iştirakı ilə “Müstəqil Azərbaycan dövləti Heydər Əlievin şah əsəridir” adlı musiqili kompozisiya və şeirlərlə davam edib.

3301 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna