700 bal toplayan abituriyentlərin seçimi – UNEC

25 SENTYABR 2017 | VIEWS:

“525-ci qəzet”

Rektor, professor Ədalət Muradov: “Ölkənin hərtərəfli inkişafında savadlı və bacarıqlı gənclər mühüm rol oynayır”

2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentlərin 60 faizi iqtisad yönümlü universitet olan Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçib.

Bu il UNEC-də qəbul planı yerləri ötən iki illə müqayisədə yenə də yüksək nəticə ilə yerinə yetirilib.

QƏBUL PLANI ÜZRƏ 3415 YERİN 3298-nə TƏLƏBƏ QƏBULU HƏYATA KEÇİRİLİB

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə, müvəffəqiyyət göstəricisi 85 faiz, keyfiyyət göstəricisi isə 45 faiz olub. 600 və daha yüksək bal toplayanların 60 faizi UNEC-i seçib. Bu il UNEC-də qəbul planı yerləri ötən iki illə müqayisədə yenə də yüksək nəticə ilə – 96.6 faizlə yerinə yetirilib. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul planı üzrə 3415 yerin 3298-nə tələbə qəbulu həyata keçirilib.

YÜKSƏK BAL TOPLAYANLARIN UNEC-ə QƏBUL SAYINDA CİDDİ İRƏLİLƏYİŞ 

Rektorun sözlərinə görə, fakültələr üzrə daha yüksək göstərici universitetin Maliyyə və muhasibat fakültəsində qeydə alınıb. Bu fakültəyə qəbul planı 99.6 faiz yerinə yetirilib: “Bu il ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyiş müşahidə olunub. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 288-i, yəni 60 faizi UNEC-i seçib. 600 və daha yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan 290 abituriyentdən 70 nəfər 650-680, 17 nəfər isə 680-700 bal toplayıb. 2016-cı ildə 680-700 bal toplayan tələbələrin sayı 12, 2015-ci ildə 1 olub. II ixtisas qrupu üzrə 700 bal yığan hər iki abituriyent UNEC-ə üstünlük verib. Belə ki, 700 ballıq nəticə göstərən abituriyentin hər ikisi – Cavad Əliyev və Arzu Məmmədzadə UNEC-i seçib. Onlar Beynəlxlaq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alacaqlar.

17 PREZİDENT TƏQAÜDÇÜSÜ UNEC-də 

Ə.Muradov bildirib ki, II ixtisas qrupu üzrə prezident təqaüdünə layiq görülənlərin 74 faizi Azərbaycan Dövlət İqtisad Universitetinin  tələbəsidir. 2016-cı ildə UNEC-ə qəbul olanlar arasında 6, 2015-ci ildə isə 1 tələbə prezident təqaüdünə layiq görüldüyü halda, bu il 17 tələbə prezident təqaüdünə layiq görülüb. Qürurverici haldır ki, prezident təqaüdünə layiq görülənlərin 17 faizi, II ixtisas qrupu üzrə bu ada layiq görülənlərin isə 74 faizi UNEC tələbəsidir: “Peşə seçiminin insan həyatının ən önəmli mərhələlərindən biridir. İqtisadçı ixtisasına isə bütün dövrlərdə ehtiyac duyulur. Öz peşəsinə mükəmməl yiyələnən mütəxəssisin daha da faydalı kadr olmasında mühüm faktorlardan birincisi vətəni və milləti sevməkdir. Ölkənin hərtərəfli inkişafında savadlı və bacarıqlı gənclər mühüm rol oynayır. Bunu nəzərə alaraq tələbələr peşəkar mütəxəssis olmaqla yanaşı, vətənini və millətini sevən layiqli vətəndaş kimi formalaşmalıdır”.

ORTA QƏBUL BALINDA ARTIM 

Rektorun dediyinə görə, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbulun nəticələrinə əsasən, orta balda da artım müşahidə edilib. Universitet üzrə 2014 və 2015-ci illərdə göstərici 391 və 396 bal olduğu halda, 2017-ci ildə bu rəqəm 412 bala qədər yüksəlib. Orta bal göstəricisinin maksimal həddi Beynəlxalq İqtisadiyyat Məktəbində qeydə alınıb. Belə ki, 2015-ci illə müqayisədə göstərici 96 bal artaraq 2016-ci ildə 635, bu il isə ötən illə müqayisədə 10 bal artaraq 645 bal olub: “Məlumat üçün bildirim ki, Beynəlxalq İqtisadiyyat Məktəbində minimal keçid balı 609, orta keçid balı isə 645 olub. İki il əvvəl yaradılan bu fakültəyə qəbul olan tələbələrin hamısı 600-dən çox bal toplayıb. Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olan tələbələrin 46 faizi orta məktəbi fərqlənmə ilə bitiriblər. Beynəlxalq İqtisadiyyat Məktəbi iki il öncə yaradılmasına baxmayaraq, ölkənin ən tələb olunan fakültəsi hesab edilir. Fakültənin ötən ilki məzunlarından 85 faizi universiteti bitirəndən dərhal sonra işə düzəlib. Bundan başqa, Beynəlxalq İqtisadiyyat Məktəbinin Muhasibat uçotu ixtisası ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) tərəfindən tam akkreditasiya qazanmaqla, tələblərə ACCA imtahanlarından azadolmalar təqdim edir”.

TƏLƏBƏ BİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ YENİ MƏRHƏLƏ 

UNEC rektoru qeyd edib ki, universitet tərəfindən I kurslarda ixtisas fənləri üzrə 4 dildə vahid sillabuslardan istifadə etmək barədə qərar qəbul edilib. Digər bir qərara görə isə tələbə biliyinin qiymətləndirilməsinin təkmilləşdirilməsi məqsədilə I kurslarda 2017-2018-ci tədris ilinin qış imtahan sessiyası ixtisas fənləri üzrə 4 dildə də eyni suallar əsasında və yazılı formada keçiriləcək. Hər fənn üzrə eyni sayda sual hazırlanaraq, öncədən tələbələrə təqdim ediləcək. Ümumilikdə isə imtahan və apellyasiya qaydalarının təkmilləşdirilməsi prosesinin davam etdirilməsi qərara alınıb.

UNEC-də “ELMİ TƏDQİQAT İLİ”

Ə.Muradovun söylədiyinə görə, UNEC-də yeni tədris ili “Elmi Tədqiqat İli” elan edilib. Həmçinin, “UNEC Tədqiqat Fondu” təsis edilib. Fondun məqsədi yerli və beynəlxalq ekspertlərin cəlb edilməsi ilə elmi tədqiqatların aparılması, tədqiqatların nəticələrinin tədqiqinə dair təkliflərin hazırlanmasıdır: “UNEC alimlərinin tədqiqatlarının keyfiyyətini daha da artırmaq məqsədi ilə Differensial Əməkhaqqı Sisteminə 19 dəyişiklik və əlavələr edilib. Həmçinin, Xarici Ticarətə Dəstək və Digital Marketinq mərkəzlərinin əsasnamələri də təsdiq edilib. Xarici Ticarətə Dəstək Mərkəzi ixrac sahəsində sahibkarların və ixracatçıların dəstəklənməsi və onlara məsləhət xidmətlərinin göstərilməsi işlərinin təşkilini həyata keçirəcək. Digital Marketinq Mərkəzi isə qeyri-neft ixracını həyata keçirən şirkətlər üçün vaxt və maliyyə xərclərinə qənaət etməklə digital marketinq vasitəsilə xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını aparacaq, professor-müəllim  heyətinə və tələbələrə digital dünya ilə tanışlıq, effektiv istifadə və yararlanma keyfiyyətləri aşılayacaq. UNEC-də tədris prosesinin idarəolunmasını səmərəli təşkil etmək və kafedralarda tədris olunan fənlərin paralelliyini aradan qaldırmaq məqsədilə “Ekonometriya” kafedrasının “Statistika” kafedrasına birləşdirilərək, “Statistika və ekonometriya” kafedrası yaradılması barədə qərar qəbul edilib”.

4 İLDƏ İKİ İXTİSASA YİYƏLƏNMƏK İMKANI 

Ə.Muradov vurğulayıb ki, UNEC-də Universitet Daxili İki Diplom (UDİD) proqramınln icrasına başlanılır. Proqramın məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək, bakalavriat səviyyəsində qəbul olunduğu ixtisaslarda müvəffəqiyyətlə təhsil alan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almaqla, rəqabətədavamlı mütəxəssis kimi hazırlanmasıdır. Təhsil nazirli Mikayıl Cabbarovun razılığı ilə Azərbaycan təhsil tarixində ilk dəfə UNEC-də start verilən Universitet Daxili İki Diplom (UDİD) proqramına qoşulan tələbələr 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər: “Avropada iqtisadçı kadrların hazırlığı üzrə lider olan London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu Azərbaycanda əldə etmək imkanını da tələbələrə UNEC təqdim edir. Həmçinin universitetimizdə tələbələrin Fransanın ən qədim ali təhsil ocaqlarından olan Montpellier Universiteti ilə həyata keçirilən ikili diplom proqramında da iştirak etmək imkanı var”.

BMDM-də PLAN YERLƏRİNİN 99 FAİZİNƏ MAGİSTR QƏBULU HƏYATA KEÇİRİLİB

Rektor əlavə edib ki, UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) 2017-2018-ci tədris ili üçün magistr qəbulu uğurla başa çatıb. UNEC-də magistratura təhsilinin səmərəli və beynəlxalq standartlar səviyyəsində aparılması üçün yaradılan BMDM-də plan yerlərinin 99 faizinə magistr qəbulu həyata keçirilib: “Sevindirici haldır ki, qəbul olunan magistrlərin 95.6 faizi ilk turda UNEC-i seçiblər. Daha bir qürurverici məqam isə 2017-2018-tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinin magistratura pilləsinə keçirilən qəbul imtahanlarında ölkə üzrə ən yüksək balı toplayan ilk üçlüyün məhz UNEC-in təhsil imkanlarından yararlanmaq istəyidir. Respublika birincisi Yaşar Nəsibov, respublika ikincisi Cavid Əliyev və respublika üçüncüsü Turqay Şirinbəyli mərkəzin təklif etdiyi ikili diplom, mübadilə proqramları, xarici və yerli şirkətlərdə təcrübə, xarici ölkələrdə yay və qış məktəblərində fəal iştirak imkanlarını nəzərə alaraq BMDM-də magistr təhsili almağa qərar verdiklərini bildiriblər. Qeyd edim ki, BMDM-də tədris 11 ixtisas 39 ixtisaslaşma üzrə Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçirilir. BMDM-i ali təhsilin magistratura pilləsi üzrə yeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir”.

7 GÜN 24 SAAT FƏALİYYƏT GÖSTƏRƏN KİTABXANA 

Ə.Muradovun sözlərinə əsasən, 2017-ci ilin sonuna qədər UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxana tələbələrin istifadəsinə veriləcək: “Biz artıq xeyli vaxtdır ki, elektron kitabxana layihəmizə start vermişik. Tələbələrimiz elektron kitabxana xidmətindən istifadə edirlər. İndi biz kitabxanamızın strukturunun köklü dəyişdirilməsi, kitabxananın hətta şənbə və bazar günləri də fəaliyyət göstərməsinin təşkili istiqamətində ciddi işlər görürük. Azərbaycan Dövlət İqtisad Universitetində kitabxana ilə bağlı həyata keçirdiyimiz tədbirlərin səmərəli nəticəsi olaraq bu ilin sonuna kimi 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxana tələbələrin ixtiyarına veriləcək”.

S.QARAYEVA

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Twitch viewer bot - vozol - Betosfer - instagram video downloader - aviator oyna - gizli hesap görme - ton sniper bot - omegle - marsbahis