Elm müsabiqəsinin qalibi: “Elm və təhsilin inkişafı iqtisadiyyatda mühüm rola malikdir”

14 NOYABR 2017 | VIEWS:

DSC_8433UNEC-də “Elm aylığı” çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında “Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı strateji yol xəritələrinin əsas istiqamətləri konteksində” mövzusunda elmi məqalə müsabiqəsi keçirilib.

Professorlar arasında keçirilən müsabiqənin qalibi İAETİnun direktoru Yadulla Həsənli ilə müsahibəni təqdim edirik:

– Yadulla müəllim, sizi təbrik edirik! Öncə istərdik ki, UNEC-də ənənəvi olaraq hər il keçirilən “Elm aylığı”nın əhəmiyyətini dəyərləndirəsiniz.

– “Elm aylığı”nın əsas məqsədi UNEC-də elmi fəaliyyətin cəlbediciliyini artırmaq, universitetin professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq, onları cəmiyyətə təqdim etməkdir. Bu müddət ərzində universitetdə ölkənin tanınmış iqtisadçı alimləri, AMEA-nin müxbir üzvləri Əli Nuriyev, Akif Musayev və Qorxmaz İmanov ilə görüşlər keçirilib, onların məruzələri dinlənilib və elmi müzakirələr aparılıb. Bu tədbirlər universitetdə elmi tədqiqatların keyfiyyətinin artırılması ilə yanaşı, ümumilikdə cəmiyyətdə elmin populyarlaşması baxımından böyük önəm daşıyır. Elmin populyarlaşdırılması – elmi biliklərin daha geniş əhalinin qəbul edə biləcəyi formada yayılmasıdır və ölkədə insan inkişafı indeksinin yüksəldilməsində əvəzsiz rol oynayan yanaşma mexanizmlərindən biridir. Bu baxımdan hesab edirəm ki, belə tədbirlərin davamlı olaraq təşkil edilməsi ölkədə elm və təhsilin inkişafında mühüm əhəmiyyət kəsb edəcəkdir.

– Komissiya müsabiqəyə təqdim olunan məqalələrin keyfiyyətinin yüksək olduğunu bildirdi. Sizcə, belə güclü rəqabət mühitində sizin məqaləni digərlərindən fərqləndirən üstünlüklər nədən ibarət idi?

– Düşünürəm ki, bu suala mənim məqaləmi qiymətləndirən kommisiya üzvləri daha dəqiq cavab verə bilər. Bununla belə bu cür tədbirlərin keçirilməsi bütövlükdə elm ictimaiyyətinin və dolayısı ilə cəmiyyətin qələbəsidir. Müsabiqəyə təqdim olunan məqalələrin sayının artması və yüksək keyfiyyəti də belə tədbirlərin elmin inkişafında rolunu bir daha sübut edir. Bir elm adamı olaraq mən də elmin inkişafı üçün əlimdən gələni etməyə çalışıram. İşlərimdə əsas diqqət etdiyim məqam onların həm də praktik əhəmiyyət kəsb etməsi və tətbiq edilərək ölkə iqtisadiyyatının inkişafında rol oynamasıdır.

– Sizin məqalə “İqtisadiyyatın təşkili, iqtisadiyyatın əsas sualları, elm və təhsil” mövzusunda idi. İqtisadiyyatın təşkilində vacib cəhətlər hansıdır və əsas sualları nədən ibarətdir?

– Müasir dövrdə iqtisadiyyata məhdud resurslardan insanların sonsuz tələbatlarının ödənilməsi üçün effektiv istifadənin qanunauyğunluqlarını  öyrənən elm kimi baxılır. Hər bir cəmiyyət resurslarının məhdudluğunu bilərək nə istehsal etməli, onu necə istehsal etməli və kimin üçün istehsal etməli kimi iqtisadiyyatın təşkilinin üç əsas sualına çavab vermək biliyinə malik olmalıdır. Bu suallara düzgün cavab verən iqtisadiyyatın təşkili də məhz elm və təhsil ilə əlaqədardır.

– Sizcə, elm və təhsilin inkişafının iqtisadiyyatda rolu nə qədərdir və inkişafına necə təsir edir?

– Ümumiyyətlə, maddi varlıqların yaratdığı gəlirlər sonsuz azalan, elm və təhsilə çəkilən xərclərin yaratdığı gəlirlər isə sonsuz artan effektə malikdir. Yəni, maddi məhsullar bir şəxsdən digərinə keçdikdə onun yarada biləcəyi rifah da digərinə keçmiş olur. Məsələn, müəllim öz biliyini tələbəylə paylaşmırsa, bu bilik elə müəllimdə də qalır. İqtisadi-riyazi modellərin köməyilə ölkədə elm və təhsilə çəkilən xərclərin artırılmasının iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən ümumilikdə iqtisadiyyatın inkişafına təsirini qiymətləndirmək və bu nəticələri digər sahələrin iqtisadiyyatda yaratdığı effektlərlə müqayisə etmək mümkündür. Qurulan modellər də bir daha sübut edir ki, elm və təhsilin inkişafı iqtisadiyyatda mühüm rola malikdir. Lakin bu bir qədər laqla, yəni gecikmələrlə olur.

Təhsilə yönəldilən xərclər sərmayə qoyuluşuna tələbatdan və sərmayələrin verdiyi səmərədən asılı olaraq müəyyən edilməlidir. İnkişaf etmiş ölkələrdə orta təhsilə yönəldilən xərclər ildə 9,5% səmərə verirsə, bu göstərici inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə ildə 15,2% səmərə verir. Həmin ölkələrdə ali təhsilə yönəldilən xərclər isə uyğun olaraq 9,4% və 12,3% səmərə verir. Bu baxımdan xüsusilə informasiya, texnologiya və biliyin dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə və rəqabətədavamlılıq faktoruna çevrildiyi bir dövrdə ölkəmizdə elm və təhsilə ayrılan xərclərin artırılması ölkəmizin iqtisadiyyatının inkişafı üçün çox önəmlidir.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot