UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimi Xətai Alıyevin həmmüəllifi olduğu “Çox, yoxsa az işləmək? Vergi və həyat məmmuniyyətinin iş motivasiyası üzərində təsiri: Kontinental və Şərqi Avropa nümunəsində” mövzusunda yazılan tədqiqat işi “Economics and Sociology” (ISSN 2306-3459 Online, ISSN 2071-789X Print) jurnalında dərc olunub.
Məqalədə zaman əsaslı (times series) və panel verilənlər analizi çərçivəsində, ekonometrik qiymətləndirmə metodlarından istifadə olunmaqla vergi və həyat məmnuniyyətinin iş motivasiyası üzərində təsiri Kontinental Avropa (Fransa və Almaniya) və Şərqi Avropa (Macarıstan və Estoniya) ölkələri nümunəsində analiz edilir. Empirik nəticələr fərqli ölkə nümunələrində həyat məmnuniyyəti ilə iş motivasiyası arasında mənfi asılılığın mövcud olduğunu göstərir. İş saatının yüksək olduğu ölkələrdə (Macarıstan, Estoniya), maddiyyat (wealth) istirahətdən (leasure) üstün tutulur. İş saatı səviyyəsi minimum olan ölkələrdə isə (Fransa, Almaniya) bu seçim əksinədir, insanlar daha çox istirahətə üstünlük verirlər.
UNEC müəlliminin həmmüəllifi olduğu tədqiqat işini bu keçiddən oxumaq mümkündür:
http://www.economics-sociology.eu/files/23_19_454_Nadirov_Aliyev_Dehning.pdf
Qeyd edək ki, “Economics and Sociology” jurnalının “Scopus” tərəfindən hesablanan 2016-cı il üçün impakt faktoru 0.617-dir.