Tədbirin məqsədi tələbə və magistrləri sosial biznes haqqında məlumatlandırmaq, onları cəmiyyətin sosial problemlərinin həllinə həvəsləndirmək olub. Tədbirdə “Green Baku”nun təsisçisi Samir Qədirov, “WoWoman”ın direktoru Arzu Ağazamanova, “BUTA Art & Sweets”in təsisçisi Sara Rəcəbli uğur hekayələrini danışıb, biznes sahəsindəki təcrübələrini paylaşıblar.
Tələbələrə bildirilib ki, UNEC Yunus Sosial Biznes Mərkəzi “Sosial Biznes və Sahibkarlıq Proqramı”na start verib. Proqram mayın 17-19-da Beynəlxalq Sosial Biznes və Sahibkarlıq Sammiti ilə yekunlaşacaq.
Çıxışlardan sonra tələbə və magistrlər təhsil, texnologiya, kənd təsərrüfatı və səhiyyə üzrə öz sosial biznes ideyalarını formalaşdıraraq, təqdim ediblər.
Sonda qaliblər mükafatlandırılıb.