Bakı Qida Sənayesi Kollecində Böyük Azərbaycan şairi İmaddədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirildi. Kollecin direktoru fəlsəfə elmləri doktoru Vilayət İsmayılov tədbiri açaraq Nəsimi yaradıcılığı barədə ətraflı danışdı və qeyd etdi ki, Nəsimi “ Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustasıdır, o şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir.” Sonra Azərbaycan Respublikasının xalq artisti, görkəmli rejissor, ssenarist Şeyx Əbdül Mahmudbəyova söz verildi. O Nəsiminin əsərlərindən, dünyavi poeziyasından söz açaraq maraqlı məqamlara toxundu. Qəzəllərinin əsas ideyasından, əhəmiyyətindən, etiqadından bir sözlə Nəsimi dünya görüşündən ətraflı danışdı, nümunələrlə izahını verdi. Bu tələbələrin marağına səbəb oldu. Sonra şair publisist Zammədin Ziyadoğlu, Tədqiqatçı alim Şakir Qavıstanlı, şair publisist “Qızıl qələm “mükafatçısı Firudun Oruc, Kollecin həmkarlar ittifaqının sədri Sevinc Şərifova, Kollecin müəllimi Xatirə Həsənova, Kollecin Kitabxana müdürü Zülfiyyə Cümşüdova, Kitabxanaçılardan Nazimə Məmmədova, Firuzə Xəlilova, çıxış edərək Nəsimi dünyasının möhtəşəmliyindən geniş danşdılar.
Tədbirin sonunda Kollecin tələbələrinin ifasında “Nəsimi” filmindən səhnələşdirilmiş parçalar göstərildi.