h.f.d., dosent Oruc Cəmil oğlu Məmmədov

1971-ci il noyabrın 15-də Cəbrayıl rayonunda anadan olub.

Cəbrayıl rayonu Xələfli kənd orta məktəbində tam orta təhsil alıb (1979-1989).

Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix və hüquq” fakültəsini əyani şöbə üzrə bitirib (1989-1994).

AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasında “5609.01 (12.00.05) – əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə dissertant olub (2002-2007).

“İş vaxtı və onun hüquqi əsasları” mövzusunda fəlsəfə doktorluq dissertasiya işini Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında müdafiə edib (2009).

AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının (hüquq elmləri doktoru proqramı:5607.01 – “Konstitusiya hüququ; bələdiyyə hüququ”; 5609.01 – “Əmək hüququ; sosial təminat hüququ” ixtisasları üzrədissertantlıq yolu ilə) doktorantıdır (2011-ci ildən).

AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb (2010). AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı alıb (2014).

İş fəaliyyəti:

Kürdəmir rayonu Carlı kənd orta məktəbində (1994-1996) müəllim;
Azərbaycan Elitar Universitetində (1996-1997) rektor köməkçisi, Tədris hissə müdiri, “Hüquq elmləri” kafedrasında müəllim; Dağıstan Dövlət Universitetinin Bakı Humanitar Tədris Mərkəzində (1997) Təsərrüfat hissəsinin müdiri; “Naxçıvan” Universitetində (1997-2000) Tədris işləri üzrə baş inspektor, Tədris hissəsinin müdiri, “İctimai-siyasi və hüquq elmləri” kafedrasında hüquq fənləri üzrə müəllim, baş müəllim, dosent; Azərbaycan Müəllimlər İnstitutunda (2009) Tədris-metodik mərkəzin müdiri; AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (2000-2016) Tədris-metodiki şöbədə Tədris prosesinin təşkili və tənzimlənməsi üzrə baş mütəxəssis; İnzibati idarəetmə fakültəsində dekan müavini; Dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri, Hüquq kafedrasında dosent vəzifələrində işləyib.

2016-cı ildən 2018-ci il’ kimi Azərbaycan Dövlət İqtisad Universitetində Tədris-metodiki Mərkəzin direktor müavini, eyni zamanda UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib.
Hazırda UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktorudur.

100-dən çox elmi və tədris-metodiki işin, o cümlədən 75 elmi məqalənin (o cümlədən 22-si xarici ölkələrdə dərc edilib), 3 monoqrafiyanın, 2 dərs vəsaitinin, 2 tədris-metodiki vəsaitin, 18 fənn proqramının, 2 kommentariyanın müəllifidir.
Bədii yaradıcılıqla məşğuldur, 2 şeir kitabı dərc edilib.

Beynəlxalq və Respublika statuslu çoxsaylı konfranslarda iştirak və məruzələrlə çıxış edib.

 

 *

İctimai fəaliyyəti:

Bolonya Bəyyənaməsinə müvafiq olaraq kredit sisteminin tətbiqi ilə əlaqədar AR Təhsil Nazirliyinin monitorinq qrupunun (2005-2010) üzvü olub. Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərmiş hüquq elmləri üzrə Dissertasiya Şurasının Elmi Seminarının (2011-2014) üzvü olub. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərmiş hüquq elmləri üzrə Dissertasiya Şurasının Elmi Seminarının (2013-2014) üzvü olub. Azər­baycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnsti­tu­tunun nəzdində hüquq elmləri üzrə fəaliyyət göstərmiş Dissertasiya Şurasının (2015-2016) üzvü olub. 2015-ci ildən AR Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının  üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının fərdi üzvüdür.

“Qızıl Qələm” media mükafatı laureatı diplomu ilə təltif edilib (2009).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə “Parlamentin səsi” İctimai-siyasi, hüquq qəzeti tərəfindən “İlin vətənpərvər oğlu” Müstəqil Milli Mükafatı ilə təltif edilib (2012).
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Bayrağı” Fəxri Mükafatı ilə təltif edilib (2013).
“Azərbaycan Respubikası qabaqçıl təhsil işçisi” döş nişanı ilə təltif edilib (2014).

2017-ci ilin aprelindən 2024-cü ilə kinmi UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru vəzifəsini icra edib.

16.09.2024-cü il tarixdən UNEC-in “Biznesin idarə edilməsi” kafedrasının dosentidir.

Ailəlidir, iki övladı var.

*

AKADEMİK PROFİLLƏR

dos. O.Məmmədov UNEC News-da

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna