11 dekabr 1972-ci ildə Rusiya Federasiyasının Krasnodar vilayətində anadan olub.
1990-cı ildə Voznesenski N.A. adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialının“Mühasibat uçotu”, “Nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” fakültəsinin ”İqtisadçı” ixtisasına qəbul olmuş və 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib.
1995-ci ildə Azərbaycan Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı vəzifəsində çalışıb.
2004-2010-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
2009 – ci ildə “Kənd yerlərində yoxsulluğun azadılmasının prioritet istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir və 2011-ci ildə Azərbaycan Respublikası Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. (08.00.05-Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi).
2010-cu ildən Azərbaycan Turizm və Menecment Universitetində “İqtisadiyyat” kafedrasında müəllim vəzifəsində çalışıb.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən dosent elmi adına layiq görülüb.
2018-2021-ci illərdə ATMU-nun “Biznes İdarəçiliyi” fakultəsinin “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışıb.
06.10.2021-ci ildən UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti vəzifəsində çalışır.
Yerinə yetirdiyi elmi-tədqiqat işi ilə əlaqədar Respublika və Beynəlxalq elmi konfranslarda məruzələr etmişdir. 97 elmi əsərin, o cümlədən 3 dərs vəsaitinin, 1 monoqrafiyə və 15 proqramın müəllifidir.
Tədris etdiyi fənnlər:
“Azərbaycan iqtisadiyyatı”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “Beynəlxalq ticarət”.
Təşkilatlarda üzvlüyü26.11.2018-ci il Bolqarıstan respublikasının Tsenova adına İqtisadiyyat Akademiyası və Moldova İqtisadiyyat Universiteti təşkilatcılıgı ilə kecirilən Beynəlxalq elmi praktiki konfransın təşkilat komitəsinin üzvü. “Turizm sahəsində informasiya təhlükəsizliyi” Bolqarıstan respublikasının Beynəlxalq jurnalının redaksiya Şurasının üzvü. 20-21 avqust 2021-ci il tarixində Ulusararası Bilimsel Araştırmalar Konqresi UBAK-da Ankara, Turkiyə təşkilat komitəsinin üzvü. 01-03 sentyabr, 2021-ci il tarixində Türkiyədə VII Uluslararası TURKCESS konfransında Elmi komitənin heyət üzvü seçilmişdir. http://2021.turkcess.net/tr/katilimcilar/ |
*
CBC telekanalında iqtisadçı ekspert kimi dəvət edilmişdir:
https://m.youtube.com/watch?v=lGdsfa5tEqk&t=3s
https://www.youtube.com/watch?v=cS-2W3R8GM4
https://www.youtube.com/watch?v=0MeLIApf6lE&t=4s
https://youtu.be/TCjezo7UQSk
https://www.youtube.com/watch?v=7podca45Uzo
https://youtu.be/6Y2armEQ_hE