04 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı şəhəri 82 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. 1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutuna daxil olmuş, 1999-cu ildə həmin institutun “Qida məhsullarının texnologiyası” istiqaməti üzrə bakalavr, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (həmin ixtisasın) magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
1995-ci ildən Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Fizika” kafedrasında laborant kimi əmək fəaliyyətinə başlamışdır. 2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Qida məhsullarının texnologiyası” kafedrasında böyük laborant vəzifəsində işləmişdir. 2009-cu ildə tyutor kursunu fərqlənmə sertifikatı ilə bitirib, akademik məsləhətçi vəzifəsində 2021-ci ilə kimi fəaliyyət göstərmişdir. 2004-2014-cü tədris illərində “Qida məhsullarının texnologiyası” kafedrasında saat hesabı ilə dərs aparmışdır. 2021-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimidir.
*
2014-cü ildə AMEA-nın Mikrobiologiya İnstitutunda “Bəzi dənli bitkilərin mikrobioloji cəhətdən qiymətləndirilməsi və onların tərkibindəki nişastanın enzimoloji konversiyasi” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2018-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutunun elmlər doktorluğu proqramı üzrə dissertantıdır.
55 elmi-metodiki əsəri (2 fənn proqramı və 1 laboratoriya praktikumu) dərc edilmişdir. 3 məqaləsi İmpakt Faktor göstərcisi olan “Thomson Reuters” indeksli jurnalda nəşr olunmuşdur (siyahı əlavə olunur).
05.11.2007-ci ildən YAP-nın Səbail rayon təşkilatının üzvüdür.
Ailəlidir, bir övladı var.