1980-ci ilin fevralın 2-də Qobustan rayonu Nərimankənd kəndində qulluqçu ailəsində anadan olmuşdur.
1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun «İnformatika və idarəetmə» fakültəsinin «Menecment (sahələr üzrə)» ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə «Magistratura» fakültəsinin «İstehsal sistemlərin idarə edilməsi (sahələr üzrə menecment)» ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2003-cü ilin 20 noyabr tarixlində Azərbaycan Dövlət İqtisad Universitetinin «Menecment və sahibkarlıq fəaliyyəti» kafedrasına, 08.00.05-«Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi» (makroiqtisadiyyat) ixtisası üzrə dissertant təhkim olunmuşdur. Dissertasiya işi «Azərbaycanın neft-qaz sənayesinin idarəetmə sistemində innovasiyalı yanaşma məsələləri» mövzusunda təsdiqlənmişdir.
2012-ci ilin 14 mart tarixində Dissertsdiyanın işinin müdafiəsi Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D.02.051 dissertasiya şurasının iclasında keçirilmişdir.
***
2012-ci ilin 05 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin 27.XII.2013-cü il tarixli, 22/5 saylı əmrinə əsasən «Menecment» kafedrasına elmlər doktoru proqramı üzrə doktoranturaya (əyani şöbə) qəbul olunmuşdur. Dissertasiya işi «Faizsiz maliyyə bazarları və onların idarə edilməsi problemləri» mövzusunda təsdiqlənmişdir.
100-dən artıq dərs vəsaiti, tədris proqramı, elmi-praktiki məqalə və tezisin müəllifidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin 07.II.2006-cı il tarixli, 12/3 saylı əmrinə əsasən «Menecment» kafedrasına böyük laborant, 16.IV.2013-cü il tarixli, 40/3 saylı əmrinə əsasən müəllim və 14.IV.2022-ci il tarixli, 258/3/2022 saylı əmrinə əsasən baş müəllim vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda bu kafedrada baş müəllim vəzifəsində çalışmaqdadır.