Novruzova Azadə Qadir qızı 05 sentyabr 1973-ci ildə Naxçıvan MR, Nehrəm kəndində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan İnşaat və Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat və Mühəndisləri Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
2000-2004-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində aş laborant vəzifəsində çalışmışdır. 2004 – cü ildən AzMİU-nun “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.
2007-ci ildə 08.00.05- “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (tikinti)” ixtisası üzrə “Azərbaycanda mənzil tikintisinin idarə edilməsinin formalaşması və inkişafı” mövzusunda dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
2009-cu ildən Az.MİU- da baş müəllim, 2014- cü ildən dosent vəzifəsində fəaliyyət göstərmişdır.
2015 – ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı” kafedrasında dosent vəzifəsində çalışıb. Hazırda UNEC -in “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir.
Ümumi olaraq 38 elmi məqalənin, tədris – metodiki və tədris vəsaitinin, bir neçə fənn proqramının və monoqrafiyanın müəllifidir. Bir sıra elmi konfranslarda çixiş etmişdır.