Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2022/2023-cü tədris ili üçün bakalavr təhsili üzrə Dərbənd filialına abituriyent qəbulu elan edir.
Qəbul «Maliyyə və kredit», «Mühasibat uçotu, təhlil və audit» və «Ümumi iqtisadiyyat» ixtisasları üzrə əyani, əyani-qiyabi və qiyabi təhsil forması üzrə aparılır.
Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, əyani-qiyabi forma üzrə 4 il 6 ay, qiyabi forma üzrə 5 ildir.
Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyasının mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı (ЕГЭ) əsasında qəbul edilir.
Xarici ölkələrin vətəndaşları üçün qəbul Riyaziyyat, rus dili və xarici dil fənləri üzrə keçirilir.
Azərbaycan Respublikasının vətəndaşları üçün isə qəbul imtahanları Riyaziyyat, Coğrafiya, Azərbaycan və ya rus dili fənləri üzrə keçirilir.
2022-ci ildə qəbul olunanlar üçün tələb olunan sənədlərin qəbul müddəti
1. Əyani təhsil forması
2. Əyani-qiyabi təhsil
3. Qiyabi təhsil
Qiyabi təhsil formasına yalnız ali təhsil bazasında qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün sənədlər aşağıdakı keçiddən daxil olunaraq online təqdim edilir: [email protected] və ya www.ageu-derbent.ru.
Əlaqə telefonları: 0124926795; +994503184032
Ünvan: Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Heydər Əliyev küçəsi, ev 10B (auditoriya 101)