Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin rəhbəridir.
Psixologiya üzrə fəlsəfə doktoru, dosentdir.
50-dən çox məqalənin müəllifidir. Məqalələri yerli və beynəlxalq jurnallarda, o cümlədən Web of science jurnallarında çap edilmişdir.
Tədqiqat sahəsi genişdir: ünsiyyətin emosional xüsusiyyətləri (namizədlik dissertasiyasının mövzusu), multikulturalizmin psixoloji aspektləri, pozitiv yönəlişliyin formalaşması (doktorluq dissertasiyasının mövzusu), iqtisadi davranışın psixologiyası. Siyasi psixologiya (2014), Şəxsiyyətin psixoloji potensialı (2016) kitablarının müəllifidir.
Əsərlərini ən çox oxuduğu psixoloqlar Viktor Frankl və Karl Qustav Yunqdur.
2006-ci ildən psixologiyanın praktik sahəsi ilə məşğuldur.