Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramına qəbul başladı!

02 FEVRAL 2023

qebul2024/2025-ci tədris ili üzrə UNEC-in Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə tələbələri üçün Fransanın Montpellier Universiteti ilə həyata keçirilən ikili diplom proqramına qeydiyyata start verilib.

Proqrama qəbul olan tələbələr 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr 4-cü kurs təhsillərini UNEC-də davam edəcəklər.

Qəbul şərtləri:

– UNEC-in 1-ci kursunda təhsil almalı;
– Minimum orta bal (ÜÖMG) – 81 bal;
– İngilis dili – B2.

Tərəfdaş universitet – Montpellier Universiteti
Müddət – 1 il
Tədris dili – İnglis dili
Təhsil haqqı – 2250 avro
Qeydiyyat haqqı – yoxdu

Tədrisin başlanması – 2024-cü il, sentyabr.
Tədrisin bitməsi – 2025-ci il, aprel.

Son müraciət tarixi – 13 fevral 2023-cü il.

Sənədlər bir fayl şəklində (pdf formatında) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:

  1. Akademik transkript (azərbaycan dilində)
  2. CV (ingilis dilində)
  3. Pasport (şəkil olan səhifəsi, yoxdursa vəsiqə və ya tələbə kartı)

*
Elektron məktubu göndərərkən başlıq hissəsində «Montpellier Universiteti» yazılmalıdır.

Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:

UNEC, Beynəlxalq Əməkdaşlıq  Departmenti.
E-mail: [email protected]