Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir
- 050406 Maliyyə
- 050409 Mühasibat
- 050405 İqtisadiyyat
- 050401 Beynəlxalq ticarət və logistika
- 050410 Statistika
- 050408 Menecment
- 050404 Dövlət və bələdiyyə idarəetməsi
- 050402 Biznesin idarə edilməsi
- 050407 Marketinq
- 050807 Sosial iş
- 050504 Ekologiya
- 050616 İnformasiya texnologiyaları
- 050615 İnformasiya təhlükəsizliyi
- 050509 Kompüter elmləri
- 050638 Sənaye mühəndisliyi
- 050606 Ekologiya mühəndisliyi
- 050635 Qida mühəndisliyi
- 050622 Maşın mühəndisliyi
- 050623 Materiallar mühəndisliyi
- 050619 Kommunikasiya sistemləri mühəndisliyi
- 050607 Elektrik və elektronika mühəndisliyi
- 050306 Dizayn (sahələr üzrə)
UNEC-in Zaqatala filialı üzrə
- 050406 Maliyyə
- 050405 İqtisadiyyat
- 050409 Mühasibat
- 050408 Menecment
- 050616 İnformasiya texnologiyaları
- 050402 Biznesin idarə edilməsi
- 050407 Marketinq
- 050810 Turizm işinin təşkili
Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada https://portal.edu.az/ və http://www.kabinet.unec.edu.az portalları vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə https://portal.edu.az/ və bundan sonra isə http://www.kabinet.unec.edu.az portalları vasitəsi ilə elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.
Sənədlərin qəbulu 2023-cü il may ayının 17-dən avqust ayının 31-dək aparılacaq.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
- Rektorun adına ƏRİZƏ;
- Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
- 3×4 sm ölçüdə fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti.
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Ünvan: Akademik Həsən Əliyev küçəsi 135, otaq 518
Tel.: (012) 564 38 92
Mobil: (070) 578 08 59 (həmçinin WhatsApp ünvan)
Facebook ünvanı: https://www.facebook.com/unectekraralitehsil/