UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimovanın keçirdiyi tədbirdə iştirakçılara inklüziv mədəniyyət, səriştə, funksional və inklüziv savadlılıq problemləri ilə bağlı araşdırmaların, ümumilikdə cəmiyyətin, xüsusilə də ali təhsilin üzərinə düşən inklüziv strategiyalara aid məlumatlar təqdim olunub. Həmçinin inklüzivlik, müxtəlif əqli və fiziki əlilliyi olan şəxslərə, valideyn himayəsindən məhrum olanlara, penitensiar müəssisələrdə saxlanılan və həssas qrupa aid olan digər şəxslərə təhsil prosesində xüsusi yanaşmaların, müxtəlif metod və üsulların tətbiqinin zəruriliyindən bəhs olunub.
*
https://news.unec.edu.az/xeber/100-elm/9698-unec-de-inkluziv-tedris-prosesinin-xususiyyetlerine-hesr-olunan-maariflendirici-tedbir-kechirilib