Dost İnklüziv və Yaradıcılıq Mərkəzinin müəllim və əməkdaşları üçün təşkil olunan təlimi UNEC İnklüziv Təhsil mərkəzinin koordinatoru Sevinc Məhsimova keçib. Dörd gün davam edən təlimlər psixoloji mühit, valideyn himayəsindən məhrum olmuş, eləcə də çətin tərbiyə olunan uşaqlarla təlim-tədris prosesinin təşkili, istedadlı gənclərin aşkar edilməsi metodları, sosial-pedaqoji dəstək-yanaşma prinsipləri və s. mövzuları əhatə edib.
Təlimlərin sonunda iştirakçılara UNEC-in sertifikatı təqdim olunub.
*
https://news.unec.edu.az/xeber/105-telebe/9424-unec-de-telim-muasir-inkluziv-telim-tedris-prosesinin-teshkili