Macarıstanın Szeged Universiteti azərbaycanlı tələbənin gözü ilə

19 AVQUST 2022 | VIEWS:

UNEC Maliyyə və mühasibatlıq fakültəsinin III kurs tələbəsi Cavidan Əyyubzadə ERASMUS+ proqramı çərçivəsində Macarıstanın Szeged Universitetində bir semestr müddətində təhsil alıb.

Cavidan fikirlərini UNEC News-la paylaşıb:

“Mən Əyyubzadə Cavidan Məhəmməd oğlu. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə təhsil alıram. 2021-2022 -ci tədris ilinin yaz semesterində Erasmus+ programı çərçivəsində Macarıstanın Szeged Universitedində İqtisadiyyat və Biznesin İdare olunması faküıtəsində təhsil almışam. İndi isə icazənizlə öz düşüncələrimi sizinlə paylaşmaq istəyirəm. 

İlk öncə proqram haqqında qısaca danışaq.Erasmus + proqramı bütün dünyada məşhur olan bir tələbə mübadilə proqramıdır. Proqram 1 və ya 2 semesteri əhatə edir. Proqrama seçilən namizadlər aylıq müəyyən miqdar təqaüd və gediş və gəliş biletləri üçün əlavə olaraq vəsait əldə edirlər. Qrantın həcmi isə ildən-ilə və ölkədən-ölkəyə dəyişir. Proqramın şərtləri haqqında təhsil aldığınız universitetin Beynəlxalq Əlaqələr şöbəsindən ətraflı məlumat ala bilərsiz.

İndi isə Szeged şəhəri haqqında məlumat vermək istəyirəm. Szeged ümumiyyətlə kiçik olduqca səssiz, ancaq tələbə şəhəciyi kimi olduqca məşhur olan bir şəhərdir. Şəhər olduqca kiçik olduğu üçün ictimai nəqliyyata demək olar ehtiyac olmur. Bu şəhərdə dünyanın hər yerindən tələbə tapmaq mümkündür. Şəhər kiçik olsa da çoxlu karnavallar, şənliklər keçirilir. Şəhər Tizsa çayının sahilində yerləşir və Macarıstanın ən günəşli şəhəridir.

İndi isə Szeged Universiteti haqqında məlumat vermək istəyirəm. Bu universiteti bəzən ,,Yaşıl Universitet’’ də adlandırırlar. Universitet öz təhsil səviyyəsinə görə Macarıstanın ən yaxşı universitetlərinən biri sayılır. Dərslər olduqca maraqlı və interaktiv keçir. Əlavə olaraq universitet öz kitabaxanasıyla nəinki Macarıstanda bütün şərqdə məşhurdur.

Son olaraq öz təəssüratlarımı bölüşmək istəyirəm.  Mən proqram barəsində hələ məktəb illərindən məlumatlı idim . Universitet illərimdəki ən əsas hədəflərimdən biri proqrama seçilmək idi. Çünki həqiqətən proqramın iştirakçılara verdiyi imkanlar möhtəşəmdir. Mən proqram sayəsində fərqli ölkələrdən çoxlu insanlar tanıdım, dostlar qazandım.  12 ölkə gəzdim və özümü həm akademik həm də sosial olaraq inkişaf etdirdim.  

Mənə bu şansı verən ilk əvvəl UNEC rektoru professor Ədalət Muradova və onun rəhbərliyində hər kəsə sonsuz təşəkkür edirəm.

Xüsusi minnətdarlığımı İnklüziv Təhsil Mərkəzinin rəhbəri Sevinc Məhsimovaya biidirirəm ki, daima hər işimizə dəstək olur.

Hörmətlə Cavidan Əyyubzadə

*

https://news.unec.edu.az/xeber/124-beynelxalg-emekdashlig/9082-macaristanin-szeged-universiteti-azerbaycanli-telebenin-gozu-ile

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol