Hazırda ölkəmizdə tələbələrin sağlamlığının qorunması və möhkəmləndirilməsi böyük tibbi-sosial və ictimai əhəmiyyət kəsb edir.
Bütün ATM-də (Ali Tədris Müəssisələri), o cümlədən UNEC-də tələbə poliklinikası fəaliyyət göstərirlər. Poliklinikanın əsas vəzifələrindən birini xəstəliklərin erkən diaqnostikası və profilaktikası, sağlam həyat tərzinin təbliğatı təşkil edir.
Son illər ərzində tələbələrdə bir sıra xəsəliklər – yaxındangörmə, duruşun pozulması, skolioz, osteoxondroz, neyro-damar distoniyası, asteno-nevrotik pozğunluqlar, mübadilə pozğunluqları kimi patoloji halların və xəstəliklərin artmasına gətirib çıxarıb.Buna səbəb baxışın gərginləşməsi (o cümlədən, ümumi kompyuterləşmə, mobil telefonlar və s. bağlı), azhərəkətli statik gərginlik, qidalanmanın az, qeyri-müntəzəm və balanslaşdırılmamış olması, yuxu və istirahət rejiminin pozulmasıdır.
Poliklinikanın ən vacib vəzifəsi hər il tələbələrin dispanserizasiyasının aparılmasıdır. Dispanserizasiyanın əsas məqsədi əlilliyə, vaxtından əvvəl ölümə gətirib çıxaran qeyri-infeksion xəstəliklərin aşkar edilməsidir.
Profilaktik tədbirlər, xəstəliklərin erkən aşkarlanması, vaxtında və düzgün diaqnostika xroniki qeyri-infeksion xəstəliklərin əmələgəlmə səbəblərini, artıq belə xəstəliklərdən əziyyət çəkən şəxslərdə isə xəstəliyin gedişatının ağırlıq dərəcəsini və ağırlaşmalarının yaranma tezliyini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan yaradır.
Xəstəlik aşkar edilən zaman poliklinika həkimi xəstəyə yardım göstərir və ya lazımi imkan, zəruri avadanlıq və mütəxəssis olmadığı təqdirdə ,xəstəni müalicə üçün uyğun profilli tibb müəssisəsinə göndərir. Poliklinika həkimi xəstənin sonrakı müalicəsinə nəzarət edir və bütün məlumatları ambulator karta daxil edir.
Dispanserizasiyanın mühüm tərkib hissələrindən birini tələbələrin flüoqrafik müayinəsi təşkil edir. Tələbələrin sayının çoxluğu və flüoqrafik qurğunun olmaması, bu müayinənin aparılmasında bəzən çətinliklərin meydana çıxmasına səbəb olur. Ümüdvarıq ki, şəhərdə flüoqrafik qurğuların sayının artması ilə bu problem öz həllini tapacaq.
Tələbə poliklinikası hər bir şəhər poliklinikası kimi bütün müasir tələblərə uyğun olmalıdır.
Formal olaraq tələbə poliklinikaları Bakı şəhərinin Baş Səhiyyə idarəsinə tabedirlər və hüquqi olaraq ATM–nə heç bir aidiyyatı yoxdur. Eyni zamanda poliklinikalar ATM-nin binalarında yerləşirlər: bəzi avadanlıqların və dərman vasitələrinin müəyyən miqdarını ATM tərəfindən alınmış hissə təşkil edir.
Bəzi iri ATM bir neçə tədris korpuslarında yerləşirlər. Bu korpuslar şəhərin ayrı-ayrı hissələrində yerləşdikləri üçün, ənənəyə görə, bu korpuslarda poliklinikaların ştatlarından istifadə edilməklə tibb məntəqələri təşkil edilir. Hər tibb məntəqəsində bir tibb bacısı işləyir və məntəqələr ən minimal dərman təchizatina malikdirlər. Avadanlıqlar, aparatlar və tibb alətləri tibb müəssisəsinin və orada işləyən həkimlərin profilinə uyğundur.
“Tələbə” poliklinikaları olduqlarına və buna görə də, formal olaraq, yalnız tələbələrə xidmət göstərmələrinə baxmayaraq, hər gün ATM-nin müəllim və işçi heyyətləri də tibbi yardım üçün poliklinikalara müraciət edirlər və onlara uyğun yardım göstərilir. ATM-nin poliklinikaya müraciət edən əməkdaşlarının əsas hissəsini ürək-damar və əsəb sisteminin xəstəlikləri təşkil eir. Tez-tez həm tələbələr, həm də əməkdaşlara urgent yardım edilir. İxtisaslaşdırılmış tibb müəssisələrinə göndərilənə qədər, xəstələrə ilk zəruri yardımın göstərilməsi üçün tələbə poliklinikalarına ayrılan dərmanların siyahısının genişləndirilib, buna şokəleyhinə, qıcolmaəleyhinə və ağrıkəsici preparatlar daxil edilir.
Tələbənin sağlamlığı ilə bağlı müraciəti zamanı, poliklinikanın həkimləri tərəfindən tələbə müayinə edilir və onda hər hansı xəstəlik aşkar olunduqda, dərslərdən azad edilmə haqqında arayış (forma 095) verilir.
Bakı şəhərinin sakinlərinə bir günlük arayış verilir və müalicəni davam etdirmək üçün yaşayış yeri üzrə yerləşən poliklinikaya göndərilir.
Bölgə sakinlərinə və xarici vətəndaşlara dərslərdən azad edilmə haqqında bir günlük arayış verilir və lüzum olduqda başqa profilli müalicə müəssisələrində müalicənin davam etdirliməsində yardım göstərilir.
Hal-hazırda Elektron Səhiyyə proqramı işlənilir və həyata keçirilir. Tələbə poliklinikaları kompyuterlərlə təchiz olunur. Bu, kompyuter və elektron texnologiyalarının aktiv istifadəsinə şərait yaradır. Məsələn, tələbələrin elektron kartlarının təşkili; online həkim məsləhətləri və həkim qəbuluna yazılma; korpuslar arasında əlaqə; təhkim olunmuş kontingentin elektron bazasının yaradılması və s.
2015-ci ilin iyulundan 3 saylı Tələbə Poliklinikasına baş həkim Aybəniz Hacıyeva rəhbərlik edir.
Baş həkim – Ukalayeva Adilə Zeynəddin
Terapevtlər – Tamilla Abdullayeva, Cabir Qafarov
Cərrah – Gülər İbrahimova
Kardioloq
LOR
Stomatoloq – Zəhra Əlili
Oftalmoloq – Aytən Aslanlı
Nevropatoloq – Mehriban Muxtarova
Həkim- laborant – Telli Qulamova
Şüa kabineti ( rentgen,USM)
Tibb bacıları – Arzu Abüzərova, İntizar Cəfərova, Nəzakət Yunisova, Aida Kərimova, Pərvin Kərimova, Seyidxanım Ağayeva, Gülnarə Almazova, Fidan Nəsirli, Leyla Mustafayeva
Kiçik tibb işçiləri – Fəridə Quliyeva, Tərgül Hüseynova
Qeydiyyatçı – Fərəh Məmmədova