172 nömrəli tam orta məktəbin şagirdləri “UNEC-də 1 gün” layihəsində iştirak ediblər

01 DEKABR 2023 | VIEWS:

Suraxanı rayonu S.S. Axundov adına 172 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri “UNEC-də 1 gün” layihəsində iştirak ediblər.

Abituriyentlər UNEC-in 24/7 kitabxanası, oxu zalı, Bloomberg laboratoriyası, muzey, tələbə yeməkxanası, akt və imtahan zalları, auditoriyalarla tanış olublar. Sonra onlara UNEC-in ixtisasları, beynəlxalq əlaqələri, UDİD, Minor proqramları, xüsusi təqaüd imkanları, tədris binaları, imtahan sessiyasının təşkili, keçid balları barədə ətraflı məlumat verilib, sualları cavablandırılıb.

Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.

*

https://news.unec.edu.az/rubrika/unec-de-1-gun/10941-172-nomreli-tam-orta-mektebin-shagirdleri-unec-de-1-gun-layihesinde-ishtirak-edibler