“UNEC Tələbə Tədqiqatları Jurnalı”nın təsis olunmasında əsas məqsəd elm və təhsilin inkişafı istiqamətində yüksək intellektə malik gənclərin elmi əsərlərinin çapına və yayılmasına dəstək olmaqla, onların elmə cəlb olunmasını təmin etmək, tələbələr arasında elmi biliklərin sərbəst mübadiləsinə şərait yaratmaq və elmin inkişafına töhfə verməkdir. Jurnal UNEC Tələbə Elimi Cəmiyyəti tərəfindən kordinasiya olunacaq.
İlk nömrəsi “Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunan “UNEC Tələbə Tədqiqatları Jurnalı” ilkin dövrdə ildə iki dəfə nəşr ediləcək. Jurnala məqalələr UNEC-dəki tədris dillərinə uyğun olaraq, azərbaycan, türk, ingilis və rus dillərində qəbul ediləcək.
Jurnalda məqalə çap etdirmək istəyən bakalavr, magistr və doktorantlar məqalələrini jurnalın [email protected] e-ünvanına göndərə bilərlər.
*
https://news.unec.edu.az/xeber/105-telebe/11159-bold-red-unec-telebe-tedgigatlari-jurnali-tesis-olunub-bold-red