1995-ci il 7 iyul tarixində Bakı şəhərində anadan olub.
2001-ci ildə Nizami rayonu 70 saylı məktəb-liseyin birinci sinfinə gedib və 2012-ci ildə fərqlənmə ilə məzun olmuşdur.
2012-ci ildə Azərbaycan Dillər Universitetinin “Filologiya” (İngilis dili və ədəbiyyatı) fakültəsinə daxil olub və 2016-ci ildə Universiteti bitirərək ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi almışdır.
2016-ci ildə Xəzər Universitetinin magistr pilləsinə “Dilşünaslıq” fakültəsinə daxil olub və 2019-cu ildə magistr dərəcəsi alaraq Universiteti Fərqlənmə diplomu ilə bitirmişdir.
2019-2020-ci illərdə Barattson MMC-də Rəsmi IELTS Test Mərkəzində Administrator köməkçisi və baş imtahan nəzarətçisi kimi fəaliyyət göstərmişdir. Avstraliya tərəfindən akkreditə olunmuş IELTS Test Mərkəzinin tələblərinə uyğun olaraq mərkəzin rəsmi üzvü olmuşdur.
2021-ci ildə “American Culture Language School”da İngilis dili müəllimi kimi çalışıb.
2021-ci yeni tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici dillər departamentində (İngilis) 1 ştat vahidi müəllim vəzifəsində çalışır.
IELTS, Aptis və 2024-cü ildə isə Arizona Dövlət Universitetinin TESOL sertifikatını əldə etmişdir.
***
Coursera platformasında xarici universitetlər tərəfindən təşkil olunmuş müxtəlif kurslarda, eləcə də yerli təlim, seminarlarda iştirak etmiş ve sertifikatlar əldə etmişdir.
2 məqalənin müəllifidir, yerli və xarici elmi jurnallarda dərc edilmişdir.
Elmi məqalələr
İSSN 2218-7588
E- ISSN 2219-5513
http://static.bsu.az/w15/PDF_1.pdf
Publication of the Congress Book: May 20, 2023
https://www.tokyosummit.org/books