Oktyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev adına lisey (Bakı şəhəri, Xətai rayonunda yerləşən) ilə ingilis dilində telekörpü təşkil edilib. UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin təşkilatçılığı ilə keçirilən virtual görüşün məqsədi şagirdlər ilə tələbələr arasında fikir mübadiləsini təşkil etmək, universitet həyatı haqqında məlumat çatdırmaqdır.
UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin müəlliməsi Aynur Mirzəyeva lisey şagirdlərinə ingilis dilinin universitet həyatındakı əhəmiyyətindən danışıb. Tələbələr universitetdəki tədrisdən, hazırlıq və uğur hekayələrini şagirdlərlə bölüşüb. İnteraktiv müzakirə formasında keçən görüşdə şagirdlər tələbələrə suallar ünvanlayıblar. Lisey şagirdlərinin daha çox maraqlandıran mövzular UNEC-dəki tədrisin keyfiyyəti, tələbələrin sosial fəaliyyətləri və mübadilə proqramları barədə olub. Suallar tələbələr tərəfindən ətraflı cavablandırılıb. Heydər Əliyev adına liseyin şagirdləri virtual görüşdə xeyli məlumat topladıqlarını və gələcəkdə telekörpülərin mütəmadi keçirilməsini arzuladıqlarını bildiriblər.