UNEC-də interaktiv rus dili dərsi (14.11.2017)
Rus İqtisad Məktəbində görüş (06.11.2017)
UNEC-də interaktiv rus dili dərsi (26.10.2017)
UNEC alimi beynəlxalq konfransda müasir dərs modelindən danışıb (26.05.2017)
UNEC-də interaktiv ekskursiya-dərs (17.03.2017)
UNEC tələbələri Litva universitetində Xocalı faciəsindən danışıb (24.02.2017)
Elmi-metodik seminar: “Rus dilinin tədrisində innovasiyalar və texnologiyalar” (01.02.2017)
UNEC tələbələri beynəlxalq olimpiadada iştirak ediblər (27.04.2016)
Türkiyə təcrübəsi UNEC-də (15.04.2016)
Rus dili kafedrasında Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd edilib (03.12.2015)
“Rus dili” kafedrası müstəqil kafedra kimi 1972-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun nəzdində fəaliyyətə başlamışdır.
Kafedraya müxtəlif vaxtlarda p.e.n., dos. A.B.Kazımova (1972-1979), p.e.n., dos. N.H.Abdulzadə (1979-1984), f.e.n., dos. A.N.Klimova (1984-1988), f.e.n., dos. S.M.Allahverdiyeva (1988-1991), p.e.d., prof. S.S. Mirzəyev (1991-2001), p.e.n., dos. N.T.Vəliyeva (2001-2006), baş müəllim Ə.T.Hacıyev (2006-2008) rəhbərlik etmişlər. 2008-ci ildən 2020-ci ilə kimi kafedraya f.ü.f.d., dosent Rzayeva Gülnarə Namik qızı rəhbərlik edib.
Kafedra struktur baxımından Biznes inzibatçılığı fakültəsinin tərkibində olsa da, öz funksiyasına görə ümumuniversitet kafedrası hesab olunur, çünki tədris etdiyi “Rus dili” və “İşgüzar yazışmalar” fənnləri bütün fakültələrin bakalavr pilləsinin I, II kurslarında, eyni zamanda magistratura pilləsinin I kurslarında tədris olunur.
“Rus dili” kafedrasının əsas və başlıca məqsədi rus dilinin xarici dil kimi tədrisinin keyfiyyətinin müasir dövrün tələbləri səviyyəsinə yüksəldilməsidir. Bu məqsədlə dərslərdə müəllimlər tərəfindən müasir dövrün tələbinə uyğun olaraq innovativ təlim metodlarından (sinkveyn, klaster, beyin həmləsi, qərarlar ağacı və s.), İKT vasitələrindən istifadə edilir.
UNEC-də rus dilinin xarici dil kimi tədrisi əlifbadan başlayır, həmçinin bu dilin qrammatikası öyrədilir, danışıq, oxu və yazı kimi nitq fəaliyyətinin növləri inkişaf etdirilir. Kafedra əməkdaşları tərəfindən tədris olunan fənlərlə bağlı dərs vəsaitləri, tövsiyələr, proqramlar hazırlanıb nəşr etdirilmişdir. Kafedranın əməkdaşları həmçinin dərs vəsaitlərinin rus dilindən Azərbaycan dilinə tərcümə etmişlər: N.D.Brovkina «Основы финансового контроля»;. V.A.Qalanov «Рынок ценных бумаг»; N.M.Sabitova, M.Y.Orlova, Ç.M.Şavaleyeva «Государственный финансовый контроль».
Kаfеdrаnın nəzdində «Русское слово» klubu fəаliyyət göstərir. Bu klubdа rus dilinə maraq göstərən tələbələrlə rus dilində iqtisаdiyyаtın müхtəlif sаhələrinə аid mövzulаrdа diskusiyаlаr аpаrılır, tələbələrin şifаhi nitqi dаhа dа inkişаf еtdirilir. Tələbələrimiz Rusiyada kеçirilən fənn оlimpiаdаlarında iştirаk еtmiş və I,II,III dərəcəli diplomlarla təltif olunmuşlar.
Tədris olunan fənlər:
“Rus dili-1”, “Rus dili-2” (azərbaycan bölməsi)
“İşgüzar yazışmalar” (rus bölməsi)
*
Kafedranın müəllimləri Beynəlxalq konfranslarda (Kalmık Dövlət Universitetində, Türkiyə universitetlərində), I Beynəlxalq Mövlana müəllim mübadilə proqramında iştirak etmişlər.
Kafedra tərəfindən «Azərbaycan Dövlət İqtisad Universitetində rus dilinin tədrisinin təkmilləşdirilməsi yolları» («Пути совершенствования обучения русскому языку в Азербайджанском Государственном Экономическом Университете») istiqamətində elmi-tədqiqat işləri aparılır .
*