*

Tələbə Elmi Cəmiyyətinin sədri
Gülşən Elşən qızı 
Yusifova

 

Əlaqə telefonu:
+(994) 12 497-58-71

*

TEC-in xəbərləri UNEC NEWS-da    

TEC xəbərləri unec.edu.az-da

narminn7f0qalib3qalib6WhatsApp Image 2016-11-08 at 15.31.41

received_1499936116721103TEC haqqında ümumi məlumat
*

Azərbaycan  Dövlət İqtisad Universitetinin Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat və elmi-praktiki işinin təşkili və koordinasiyası üçün yaradılmış və öz fəaliyyətini alim və müəllimlərin iştirakı ilə həyata keçirən tələbə birliyidir. 2016-2017-cı illərdə TEC-in sədri Əvəzağa Məlikov, 2017-2018-ci illərdə Aslan Əzimzadə, 2018-2019-cu illərdə  Nərmin Heydərova, daha sonra Ramiz Şükürov, Amil Veysəlov, Nəzrin İbrahimli, Hüseyn Hüseynov, Jalə Teymurlu olublar. Hazırda cəmiyyətin sədri  Gülşən Yusifovadır.

 

TEC öz qarşısında kompleks vəzifələr qoyur:

  • Tədqiqat işinin əsasının formalaşması və tələbələrin elmi idrak metoduna yiyələnməsi;
  • Tələbələrin tədris materialını dərin və yaradıcı şəkildə mənimsəmələrinə yardım göstərilməsi;
  • Elmin və praktikanın vəhdəti prinsipinə uyğun olaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, yeni biliklərin yaran­masının əsası kimi fundamental tədqiqatlara marağın inkişaf etdirilməsi;
  • Elmi  və  praktik işə ən çox istedadı və bacarığı olan tələbələrin aşkar edilməsi;
  • tələbələrin elmi və praktik tədbirlərin (konkurs, olimpiada, seminar, konfrans, mühazirə, treninqlərin və s.) keçirilməsi və onlarda iştirak etmək imkanı haqda məlumatlandırılması;
  • tələbələrin, professor-müəllim heyətinin, elmi işçilərin, biznesin nümayən­dələrinin, hakimiyyətin və ictimai birliklərin iştirakı ilə seminar, dəyirmi masa, konfrans, forumların və elmi və praktik xarakterli digər tədbirlərin təşkili və keçirilməsi;

Tələbə Elmi Cəmiyyətinin yaradılmasında həm tələbələrin təşəbbüsü, onların fəal vətəndaş mövqeyi və elmə marağı, həm də bu cür tələbə birliyinin fəaliyyəti üçün bütün lazımi şəraiti yaradan universitet rəhbərliyi əhəmiyyətli rol oynamışdır. Məhz bu maraqlar balansı, bir növ simbioz şəklində, onun mütəşəkkil inkişafına kömək edən başlıca amillərdən biridir.

TEC öz fəaliyyətini aşağıdakı formalarda həyata keçirir:

  • TEC-in iclası və qarşıdakı elmi tədbirlər haqqında xəbər verilməsi;
  • Dövlət, ictimai və beynəlxalq təşkilatlarla, elm nümayəndələri ilə əməkdaşlıq;
  • Fənn olimpiadaları;
  • İqtisadiyyatın ayrı-ayrı bölmələri üzrə intellektual və işgüzar oyunlar;
  • Treninqlər və seminarlar;
  • Elmi mövzular üzrə diskussiyalar və cəmiyyətin aktual inkişaf məsələlərinin müzakirəsi;
  • Elmi konfransların, simpoziumların, dəyirmi masaların, işgüzar oyunların keçirilməsi.

*

Tələbə Elmi Cəmiyyətinin nəzdində Tələbə Elmi Klubları

 UNEC Tələbə Elmi Cəmiyyətinin strukturu:

-Tələbə Elmi Cəmiyyətinin sədri
-Tələbə Elmi Cəmiyyətinin sədr müavini
-Tələbə Elmi Cəmiyyətinin fakültələr üzrə sədrləri
-Tələbə Elmi Cəmiyyətinin departament direktorları
-Tələbə Elmi Cəmiyyətinin katibi
-Tələbə Elmi Cəmiyyətinin kafedra elmi-dərnəkləri üzrə koordinatoru

Departamentlər:

1. İnformasiya texnologiyaları departamenti

İnformasiya texnologiyaları departamenti tələbələr üçün  İT sahəsində müxtəlif təlimləri təşkil edir,  TEC-nin sosial şəbəkələrdə səhifələrinə nəzarəti təmin edir.

2. Beynəlxalq əlaqələr departamenti

Beynəlxalq əlaqələr departamenti tələbələrin xarici konfranslarda, seminarlarda, liderlik məktəblərində və forumlarda iştirakını təmin edir.

3. Layihələr departamenti

Layihələr departamenti tələbələrin layihələrinin həyata keçirilməsini, elmi-tədqiqat işlərinin düzgün aparılmasını təmin edir.

4. İctimaiyyətlə əlaqələr departamenti

İctimaiyyətlə əlaqələr departamenti  KİV-lə əlaqə qurur, keçirilmiş tədbirlər haqqında materialları TEC səhifəsində yerləşdirir və tələbə konfranslarının  materiallarının çap olunmasını təmin edir.

5. İnsan resursları departamenti

İnsan resursları departamenti tələbələrin keçirilən layihələrə, tədbirlərə,treninqlərə, elmi seminarlara cəlb olunmasını təmin edir.

6. Təlim departamenti

Təlim departamenti tələbələrin  asudə vaxtlarından düzgün istifadə etməsi məqsədi ilə onların və Tələbə Elmi Cəmiyyəti İdarə heyətinin maraq dairələrinə uyğun olaraq onlara faydalı təlimlər  təşkil edir.

emin_tec9779be984da8a

Hazırda UNEC TEC-in sədri Gülşən Yusifovadır.

Gülşən Yusifova 7 may 2004 cü ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. 2011-ci ildə RF МБОУ Захаровская СОШ – birinci sinifə gedib, daha sonra təhsilini Azərbaycanda Naftalan şəhəri S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə davam etdirib. 2022-ci ildə UNEC-in Rus İqtisad Məktəb fakültəsinin İqtisadiyyat ixtisasına qəbul olunub. 2023-cü ilin may ayında RİM Rəqəmsal Könüllülər Təşkilatına sədr müavini olaraq fəaliyyətə başlayıb, 2023-cü ilin oktyabr ayında Rəqəmsal Könüllülər Təşkilatının Beynəlxalq Əməkdaşlıq departamentinə sədr seçilib. 2024-cü ildən UNEC Tələbə Elmi Cəmiyyətinin sədridir. UNEC Elmi Şurasının üzvüdür.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader