Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı, i.e.d., dosent Mənsur Bərxudarov T.Şevçenko adına Kiyev Milli Universitetinin “Şərəf və Şöhrət ordeni” ilə təltif olunub.
Mənsur Bərxudarov iki universitet arasındakı əlaqələrin genişləndirilməsində xidmətlərinə görə bu mükafata layiq görülüb.
M.Bərxudarovun məzun olduğu Kiyev Milli Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında 1987-ci ildən əməkdaşlıq əlaqələri mövcuddur. Ukrayna Qəhrəmanı, Kiyev Milli Universitetin rektoru, akademik Leonid Quberskiy isə UNEC-in Fəxri doktorudur.