1944-cü ildə Xaçmaz rayonunun Həbibkənd kəndində anadan olmuşdur.
1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir.
1969-cu ildən 1988-ci ilə kimi Xaçmaz rayonunda rəhbər vəzifələrdə işləmişdir.
1981-ci ildə dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
1988-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyət göstərir.
1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi təhlil və audit» kafedrasının dosentidir.