Rövşən Quliyev, iqtisad elmləri doktoru, professor
UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini
Giriş
Henri Kissincerin hələ 30-35 il bundan əvvəl söylədiyi fikir ildən-ilə daha da aktuallaşır: “Biz öz tariximizdə ilk dəfə olaraq dünyada nə dominantlıq edə bilir, nə də bu dünyadan gizlənə bilirik”. Bütün ölkələr kimi, Azərbaycan da dünya iqtisadiyyatında baş verən proseslərin təsirindən sığortalanmayıb.Milli iqtisadiyyatı dünya iqtisadiyyatı okeanında üzən gəmiyə bənzətsək, okeandakı təlatümlər kiçik gəmilərə daha güclü təsir edir, hətta batıra bilir. Amma belə gəmilərin bir üstün cəhəti bundan ibarətdir ki, yüksək manevr qabiliyyətinə malik olduqlarından, kurslarını asanlıqla dəyişməklə fırtınadan daha tez qurtula bilirlər. Yeri gəlmişkən, vaxtı ilə böyük gəmilərdən ibarət güclü İspaniya donanmasının kiçik gəmiləri olan qat-qat zəif Britaniya donanmasına uduzmasının əsas səbəbi məhz bu olmuşdur. Sadəcə, gəmilərin məharətlə idarə olunması tələb olunur.
Tarixə kiçik ekskurs
Milli iqtisadiyyatlar milli dövlətlər tərəfindən tənzimlənir və buna tarixən 3 əsas yanaşma formalaşmışdır.
Burada bazar mexanizmləri tamamilə boğulur, hesab olunur ki, hətta dənizin tam sakitliyi (yəni dəniz səthinin dümdüz olduğu) halında belə dövlət əlini gəminin sükanından ayırmamalıdır. Burada əsas aktor dövlətdir.
İkinci Dünya Müharibəsindən sonra müxtəlif şəraitlərin təsiri ilə klassik yanaşma, SSRİ-nin dağılması ilə isə Sovet yanaşması tamamilə iflasa uğramış və hər üç yanaşmanın çeşidli modifikasiyaları meydana çıxmışdır. 1970-ci illərdən başlayaraq son dövrlərədək milli iqtisadiyyatlarda tətbiqi tövsiyə olunan yanaşma monetarizmdir ki, bu da klassik yanaşmanın variasiyasıdır.
Tarixi təcrübəni nəzərə alaraq, Azərbaycanın çağdaş vəziyyətində biz Keyns yanaşmasının gücləndirilmiş variantını–makroiqtisadi alətlərlə yanaşı, zəruri hallarda mezo- və hətta mikroiqtisadi səviyyələrdə dövlət müdaxiləsini təklif edirik. Başqa sözlə, “mötəbər” beynəlxalq təşkilatların tələb və tövsiyələrinə zidd olaraq, müasir mərhələdə biz dövlətin iqtisadiyyata fəal müdaxiləsini, nəinki, məqsədəuyğun, zəruri hesab etməklə, hətta dövlət sahibkarlığını istisna etmirik.
Qlobal trendlər
İqtisadiyyat sükanını düzgün idarə etmək üçün ilk növbədə okean qüvvələrinin gəmiləri hansı istiqamətə yönəltdiyini dərk etməliyik. Təbii ki, bu qüvvələr dünya məhsuluna ən çox töhfə verən ölkələrdə – ABŞ, Aİ, Yaponiya və Çində formalaşır. Son illərdə ABŞ, Aİ və Yaponiyada resessiya əlamətləri müşahidə olunur: (i) real ÜDM-in artım tempi azalır, hətta bəzi illərdə mənfi olmuşdur – real ÜDM-in özü azalmışdır; (ii) Bunun nəticəsi olaraq dünya üzrə ticarət dövriyyəsi zəifləyir; (iii) həmin ölkələrdə əsas faiz dərəcələri 1%-dən aşağıdır. Bu indikatorların dünya iqtisadiyyatı üzrə nisbətən yüksək orta qiymətləri Çinin hesabına baş versə də, son dövrlərdə Çin ÜDM-nin də artım tempi sürətlə azalır.
Bu faktlar sübut edir ki, çağdaş dünya iqtisadiyyatı qlobal iqtisadi tsiklin azalan dalğasındadır. Bu fakt müxtəlif səviyyələrdə etiraf da olunur və resessiyadan qurtulmağın yolu kimi IV Sənaye inqilabı son Davos forumunda əsas müzakirə mövzusu olmuşdur.
Əvvəla, inqilablar heç vaxt insanlara fayda gətirməmişdir, inqilab adlandırılan iqtisadi dirçəlişlər isə elmi kəşflərin təşviq etdiyi təkamülün nəticəsidir. İkincisi, düşünürəm ki, postindustrial dövrdə sənaye inqilabı aktual görünmür. Dünyadakı proseslər göstərir ki, köklü dəyişiklik məhz sosial və iqtisadi problemlərin həllinə yanaşmada, idrakda, şüurlarda baş verməlidir.Əks halda bəşəriyyəti dövrümüzün ən güclü sosioloqu sayılan, etik iqtisadiyyatın görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Ceyms Bükenenin proqnozlaşdırdığı acı aqibət gözləyir: “Müasir demokratik cəmiyyətlər, ola bilər ki, yavaş-yavaş, amma inamlı addımlarla özünüməhv istiqamətində hərəkət edəcəklər”. Başqa sözlə, həm qlobal, həm də lokal səviyyədə iqtisadi və sosial siyasətdə əsaslı dəyişikliklər olmazsa, qlobal səviyyədə əvvəl staqnasiya, sonra isə böhranın dərinləşməsi qaçılmazdır.
Azərbaycan iqtisadiyyatının müasir vəziyyəti
Son dövrlərdə Azərbaycan iqtisadiyyatında baş verən mühüm hadisə manatın dollara nəzərən devalvasiyasıdır. Lakin bu, müəyyən mənada gözlənilməz deyildi – artıq 2010-cu ildən başlayaraq neft hasilatı sürətlə azalır, bu isə neft gəlirlərinin və əgər başqa ixrac seqmentləri inkişaf etdirilməzsə, xarici valyuta gəlirlərinin sürətlə azalması, yəni manatın yumşalması deməkdir. Düşünürəm ki, ötən ildə manatın ikiqat zəifləməsində milli iqtisadiyyatımız üçün bir xeyir var: əvvəla, biz əvvəl-axır qeyri-neft sektoruna müraciət etməli olacaqdıq və buna nə qədər tez başlasaq, bir o qədər yaxşıdır. İkincisi, neftin ucuzlaşması onun ixracını mənasız edir və olan-qalan neft ehtiyatlarımızı dəyər-dəyməzinə satıb, sonra neft idxal etməkdənsə, onu daxili istehlaka saxlamaq daha məqsədəuyğundur.
Azərbaycan iqtisadiyyatında müşahidə olunan bir sıra müsbət meyillər də optimizm yaratmaqla bu təklifi dəstəkləyir:
Problem nədir?
Devalvasiyadırmı problem? Dolların kursunun 2 manat, 5 manat olması da özlüyündə problem deyil – Rusiyada dollar 1 gündə 3,5 dəfə bahalaşdı və sonrakı illərdə Rusiya iqtisadiyyatı artdı.
Real gəlirlərin azalması, yəni inflyasiyadırmı problem? Bəli, yoxsul əhali təbəqəsi üçün bu, həlli zəruri olan problemdir. Amma inflyasiya da ölkə miqyasında problem deyil, o vaxta qədər ki, o, nəzarətdən çıxmayıb. Əksinə, mülayim inflyasiya istehsala stimul ola bilir. Ümumiyyətlə, devalvasiya, inflyasiya və bu kimi aralıq fenomenlərlə mübarizəyə çağırış xəstəni simptomatik müalicə etmək kimi təhlükəlidir. Bu, ağacın arxasında meşəni görməmə sindromudur.
Sözsüz ki, sual meydana çıxır: Azərbaycan iqtisadiyyatının problemi yoxdurmu və varsa nədən ibarətdir?
Əvvəla, problem anlayışına tərif verməyə çalışaq. Bizim yanaşma belədir: Problem gələcəkdə vəziyyətin pisləşməsi gözləntisidir. Bu tərif göstərir ki, əgər neqativ gözləntiləri neytrallaşdırma planı hazırlayıb həyata keçirmək imkanı varsa, vəziyyətin pisliyindən və problemdən danışmağa dəyməz.
Hər an hər bir ölkənin qarşısında duran iqtisadi problem davamlı iqtisadi artım problemidir və vəziyyətin pisləşməsi dedikdə burada adambaşına ÜDM-in azalması nəzərdə tutulur. Biz məsələyə bu cür yanaşmalı və məhz bu problemi həll etməyə çalışmalıyıq. Azərbaycan iqtisadiyyatına gəlincə, hesab edirik ki, buna yol verməmək imkanı var, yəni bu mərhələdə problem yoxdur. Bir daha vurğulayıram: vəziyyətin sıxıntılı olması problem deyil, pisləşməsi problemdir.
Rokirovkanı vaxtında etmək lazımdır
Qədim dövrlərdə hərbi yürüşlərdən qorunmaq üçün qalalar tikilirdi. Müasir dövrdə müharibələr hərbi müstəvidən iqtisadi müstəviyə keçirilib. İndi iqtisadi qalalar qurmaq lazımdır. Azərbaycan üçün iqtisadi qalanın qurulması şahmatda qalanın qurulmasına – rokirovkaya bənzəyir – neftdən digər əsas məhsul(lar)a keçid seçimi etmək lazımdır. Şahmatda olduğu kimi bu işdə gecikmə problemlər yaradar.
Reallıqdan və aktuallıqdan çıxış edərək, biz bu istiqamətdə təkliflərimizi 3 qrupa bölürük: qısamüddətli, ortamüddətli və uzunmüddətli təkliflər.
Qısamüddətli dövr üçün təkliflər:
Ortamüddətli dövr üçün təkliflər:
Uzunmüddətli dövr üçün təkliflər:
Mövcud vəziyyəti əsas götürərək, biz Azərbaycanın qeyri-neft ÜDM-nin 4 senaridə perspektiv dinamikasını imitasiya etmişik. İllik 10% artımla biz, 2020-ci ildə qeyri-neft ÜDM-ni indiki ÜDM səviyyəsinə çatdıra bilərik.
Təhdidlər və risklər
Təklif olunan tədbirlərin, o cümlədən tədqiqatların həyata keçirilməsi prosesində müəyyən yanlışlıqlar və tələlər meydana çıxa bilər.
Nəticə