Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Marketinq kafedrasının nəzdində fəaliyyət göstərən “Marketinq-diskusiya klubu”nun yaz semestrinin ilk seminarı keçirilib.
Seminarda “Caspian Development Bank”ın şöbə müdiri Fuad İbrahimov “Azərbaycanın maliyyə sektorunda iqtisadi böhranların aradan qaldırılmasının marketinq aspektləri” mövzusunda çıxış edib. Məruzəçi son dövrün marketinq sahəsindəki mövcud problemlərindən və onların həlli yollarının tapılmasından danışıb. Maliyyə böhranı şəraitində, xüsusilə bank sektorunda yaranan marketinq problemlərinin təhlilindən danışan F.İbrahimov strateji addımların mahiyyətini açıqlayıb.
İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda sual doğuran məqamlar ekspert tərəfindən cavablandırılıb.