Maliyyə və mühasibat fakültəsinin tələbələri “91-lər”in iştirakı ilə keçirilmiş görüşdə iştirak ediblər
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbələri Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında YAP-ın yaranmasında müstəsna xidmətləri olmuş şəxslərin (“91-lər”in) iştirakı ilə keçirilmiş görüşdə iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, “91-lər”in üzvləri Hacan Hacısoy, AMEA-nın müxbir üzvü, professor Novruz Quliyev, filoloq Allahverdi Hacıyev, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov və Partiyanın veteran üzvü Rizvan Vahabov çıxış edərək Azərbaycanın dövlət quruculuğu və inkişafında müstəsna xidmətləri olan dahi rəhbər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə həyata keçirdiyi işlərdən danışıblar, Partiyanın son 32 ildə Azərbaycan dövlətçiliyinin güclənməsinə və xalqın rifah halının yüksəlməsinə verdiyi töhfələri qeyd ediblər və YAP-ın bu gün öz üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirdiyini və müstəqil Azərbaycanın daha da güclənməsinə xidmət etdiyini vurğulayıblar.