UNEC rektorunun müşaviri Banqladeşin müvəqqəti hökumətinin rəhbəri oldu

08 AVQUST 2024 | VIEWS:

Nobel Sülh mükafatçısı, UNEC rektorunun müşavri Muhammad Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək.

Nüfuzlu ictimai xadim, sosial biznes və “mikrokreditin atası” adlandırılan Muhammad Yunus ilk dəfə 2016-cı ildə UNEC-in qonağı olub. “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransda çıxış edən Muhammad Yunusa UNEC-in Fəxri doktoru adı verlib və müvafiq diplom təqdim edilib. Konfrans çərçivəsində UNEC-də Yunus Sosial Biznes Mərkəzi (YSBM) yaradılıb.

2024-cü ilin mart ayında Nobel mükafatçısı Muhammad Yunusun iştirakı ilə UNEC-də yaradılmış Yunus Sosial Biznes Mərkəzinin açılışı olub.  Tələbələr arasında sosial biznes ideyasını təşviq etmək məqsədilə yaradılan həmin mərkəzdə professor Muhammad Yunus ilk mühazirəsini də söyləyib.

2024-cü ilin mart ayının 29-da isə Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusun UNEC-in missiyasına töhfə vermək istəyini əsas tutaraq o, UNEC rektorunun müşaviri təyin edilib.

https://news.unec.edu.az/xeber/125-universitet/12088-bold-red-unec-rektorunun-mushaviri-bangladeshin-muveggeti-hokumetinin-rehberi-oldu-bold-red