Ali məktəblərə dövlət tərəfindən ödənilən təhsil haqqı ilə bağlı yeni təklif

05 SENTYABR 2024 | VIEWS:

“525-ci qəzet”

DÖVLƏT SİFARİŞLİ TƏHSİLƏ GÖRƏ TƏTBİQ EDİLƏN TƏHSİL HAQQI DİFERENSİALLAŞDIRILSIN, MÜƏYYƏN ARALIQDA BAL TOPLAMIŞ TƏLƏBƏLƏRƏ FƏRQLİ TƏHSİL HAQQI MÜƏYYƏN OLUNSUN

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov dövlət sifarişi ilə oxuyan tələbələr üçün dövlət tərəfindən ali məktəblərə ödənilən təhsil haqqı ilə bağlı yeni təkliflərlə çıxış edib. Ali təhsildə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqinin çox böyük müsbət yenilik olduğunu vurğulayan rektor bu yanaşmanın tətbiqi mexanizminin təkmilləşdirilməsi təklifini irəli sürür: “Bu gün tətbiq edilən yanaşma universitetlər arasında sanki aşağı ballı tələbələr uğrunda mübarizəni gücləndirir. Yüksək ballı, eləcə də dövlət sifarişli tələbələrin sayının artması universitet büdcəsini artırmaq əvəzinə azaldır. Çünki dövlət sifarişli tələbəyə dövlət tərəfindən ödənilən təhsil haqqı daha azdır. Amma bu, əksinə olmalıdır. UNEC bu gün belə bir vəziyyətlə üz-üzədir. Son illər ərzində UNEC-ə qəbul olan dövlət sifarişli tələbələrin payı 30 faizdən demək olar ki, 80 faizə qədər artıb və nəticədə universitet büdcəsi azalıb. Başqa sözlə, keyfiyyət artdıqca, universitetin büdcəsi azalır. Bu yanaşmaya dəyişikliklər təklif edirəm. Bir – dövlət sifarişli təhsilə görə bu gün tətbiq edilən təhsil haqqının differensiallaşdırılması. Başqa sözlə, müəyyən aralıqda bal toplamış dövlət sifarişli tələbələrə fərqli təhsil haqqı müəyyən edilsin. Daha yüksək bal toplayanlara (məsələn, 650-700 bal) daha çox, daha az bal toplayanlara (məsələn, 350-400 bal) daha az ödəniş edilsin. İki – dövlət sifarişli tələbələrin təhsil haqqının artırılması. Üç – yuxarıda göstərilmiş hər iki variant, yəni dövlət sifarişli tələbələrin təhsil haqqını differensiallaşdırmaqla artırmaq”.

Rektorun təklifinə münasibət bildirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə deyib ki, ölkədə ali təhsilə böyük önəm verildiyi üçün hər il dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı artırılır. Bu Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğının bariz nümunəsidir. Ali təhsil insanların əqli, mənəvi və mədəni inkişaf səviyyələrinin yüksəlməsini şərtləndirən əsas amillərdən biridir. Bu bütövlükdə cəmiyyətin inkişafına təkan verir. Təsadüfi deyil ki, ali təhsil sistemində hər il mütərəqqi dəyişikliklərin şahidi oluruq: “Son günlərdə ali təhsil sahəsində təklif kimi irəli sürülən ideyalardan biri də Dövlət sifarişli təhsilə görə tətbiq edilən təhsil haqqının differensiallaşdırılmasıdır. Bu təklif özü-özlüyündə pedaqoji maraq kəsb edir və tələbələrin təlim fəaliyyətinin yaxşılaşdırılasına və onlar arasında rəqabətin yaradılmasına istiqamətlənib. Lakin onun tətbiq edilməsi üçün meyarların müəyyən edilməsi və tətbiqi mexanizmləri axtarılmalıdır. Təkcə tələbənin topladığı bal əsasında təhsil haqqının differensiallaşdırılması, hesab edirəm ki, müəyyən çətinliklər yarada bilər. Auditoriyada tələbələrə eyni bilik və səriştələrin təqdim edildiyini nəzərə alsaq, bir qrupda təhsil alan tələbələr üçün müxtəlif təhsil haqlarının ödənilməsini təşkil etmək heç də asan deyil. Təlim iki tərəfli prosesdir. Onun uğurlu olması həmçinin tələbənin təlim fəaliyyətindən asılıdır. Bu istiqamətdə, hesab edirəm ki, təhsil haqqının differensiallaşdırılması yollarının tapılması tələbələrin həm təlim fəaliyyətinin yüksəlməsinə, həm də onlar arasında rəqabətin artmasına kömək edə bilər. Hazırda təhsil haqqı müxtəlif ixtisaslar üzrə differensial qaydada həyata keçirilir. Lakin bu fərqlər o qədər də nəzərəçarpacaq səviyyədə deyil. Fikrimcə, ixtisaslar üzrə təhsil haqlarının müəyyən edilməsinə yenidən baxılması və differensiasiyanı daha da dəqiqləşdirmək daha məqsədəuyğun olardı. Hazırda ali məktəblərdə kadr hazırlığı keçirilən elə ixtisaslar var ki, onların həm metodoloji, həm də metodiki bazaları kifayət qədər təkmildir. Bununla yanaşı, ali məktəblərdə kadr hazırlığı həyata keçirilən yeni ixtisaslar, o cümlədən, süni intellektin nüfuz edə biləcəyi ehtimal edilən ixtisaslar da az deyil. Həmin ixtisasların metodoloji və metodik bazalarının təkmilləşməsinə ehtiyac var, onların məzmunu yenilənməli, yeni proqramlar tərtib edilməli, buna müvafiq olaraq, yeni dərslik və dərs vəsaitləri yazılmalı, xarici ölkələrdə nəşr olunan dərslik və dərs vəsaitləri tərcümə edilməlidir və s. Bütün bunlar əlavə maddi vəsait tələb edir. Fikrimcə, həmin ixtisaslar üzrə təhsil haqlarının artırılması bu konteksdə mühüm əhəmiyyət kəsb edə bilər. Diqqəti daha bir məsələyə yönəltmək istərdik. Fikrimizcə, artıq ölkədə kifayət qədər nüfuz əldə etmiş özəl şirkətlər yaranmışdır. Həmin şirkətlər gələcək inkişaflarını planlaşdırıb, büdcələri əsasında təqaüd proqramları elan edərək, özləri üçün mütəxəssis hazırlaya bilərlər. Bunun üçün hesab edirəm ki, onlar ali məktəblə müqavilə əsasında bütün məsələləri, o cümlədən, təhsil haqlarını müəyyən edə bilərlər. Belə bir təcrübənin həyata keçirilməsi, ali məktəblərdə həm kadr hazırlığının keyfiyyətinin artması, həm də maddi problemlərinin yaxşılaşması istiqamətində keyfiyyətcə yeni addım ola bilər”.

Təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli deyib ki, bu məsələ xeyli zamandır müzakirə mövzusu olub. Həttə region universitetlərinin (aşağı ballı ixtisas) və təhsil haqları aşağı olan universitetlərin büdcəsinə mənfi təsir etmir. Dövlət sifarişli yerlər üçün təklif etdiyiniz differensiallaşdırma hesab edirəm məqbuldur: “Yüksək ballı tələbə, savadlı tələbə deməkdir. Savadlı tələbənin qarşısına isə savadlı müəllim çıxmalıdır. Savadlı və rəqabətli mühit üçün isə maliyyə mütləqdir. Bu yanaşmam tək UNEC deyil, təhsil haqları 4000, 4500 olan ixtisaslar üçün də keçərlidir. Bu, hər zaman “niyə özəl universitetlərin qəbul balları aşağıdır” sualının cavabını verir. Daha özəl və ya dövlət universiteti məsələsi geridə qalıb. Bütün ATM-lər özünü maliyyəşdirən qurumlardır. Hətta mən burada elm və təhsil naziri Emin Əmrullayevin 1 noyabr 2023-cü ildə Təhsilin İnkişafı Forumunda çıxışı zamanı dediyi “1500 manata mühəndis hazırlamaqdansa, hazırlamamaq daha yaxşıdır” fikrini diqqətə çatdırmaq istərdim”.

Təhsil eksperti Elşən Qarafov bildirib ki, UNEC rektoru Ədalət Muradov universitet rəhbərləri arasında ən aparıcı rektorlardan biri olmaqla yanaşı, təhsili və xüsusilə də ali təhsili ən yaxşı bilənlərdəndir. Ədalət Muradovun hər bir çıxışı bir konsepsiya xarakterlidir. Rektor hər zaman ali təhsildə yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, eləcə də bu istiqamətdə digər önəmli məqamları nəzərə alaraq çox maraqlı təkliflə çıxış edir. Bundan öncə də müasir dövrdə ali təhsilin rəqəmsallaşması və bununla bağlı ali təhsilin fəlsəfəsi, məzmunu və bütövlükdə inkişafında ciddi dəyişikliklərin baş verdiyini, Azərbaycanda yeni dövrün başladığını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, yeni dövrdə Azərbaycanın təhsil potensialının artırılmasının əhəmiyyətini və reallaşdırılmasının zəruriliyini, eləcə də xarici təcrübəni nəzərə alaraq Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması baradə təklif irəli sürmüşdü: “Ədalət Muradov yenə doğrudan da çox böyük müsbət nəticələrə gətirib çıxara biləcək təkliflər irəli sürüb. Təhsil haqqının differensiallaşdırılması baxımından. Bu sahədə hazırda qismən də olsa müəyyən işlər görülür. Məsələn, Təhsil Tələbə Krediti Fondu tərəfindən ödənişli təhsil alan tələbələr əla oxuduğu halda krediti onlara bağışlayır. Amma ən yaxşısı və tələbələrin motivasiya olunması üçün təhsil haqqının differensiallaşdırılmasıdır. Ədalət müəllimin dövlət tərəfindən ali məktəblərə ödənilən təhsil haqqı ilə bağlı təklifi, eyni zamanda bu günədək irəli sürdüyü digər təkliflər, doğrudan da ölkə təhsilinə mütərəqqi yeniliklər gətirə biləcək təkliflərdir. Mən Ədalət Muradovun dövlət sifarişli təhsilə görə bu gün tətbiq edilən təhsil haqqının differensiallaşdırılması, dövlət sifarişli tələbələrin təhsil haqqının artırılması təkliflərini alqışlayır və dəstəkləyirəm”.

Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə təhsil haqlarının ödənilməsi ilə bağlı bu sistem mövcuddur. Azərbaycanda isə universitetlər tərəfindən yox, Təhsil Tələbə Kredit Fondu tərəfinədən bu sahədə müəyyən addımlar atılır: “Fikrimcə, Ədalət Muradovun təklifinə əsasən müəyyən aralıqda bal toplamış dövlət sifarişli tələbələrə fərqli təhsil haqqı müəyyən edilsə, daha yüksək bal toplayanlara daha çox, daha az bal toplayanlara daha az ödəniş edilsə, bu zaman tələbələrin təhsildə nailiyyətləri artar. Tələbələr daha az təhsil haqqı ödəmək üçün daha yaxşı oxumaq prinsipini əsas görürərlər. Bununla da ölkədə yaxşı oxuyanların sayı günbəgün artar”.

Sevinc QARAYEVA

Ali məktəblərə dövlət tərəfindən ödənilən təhsil haqqı ilə bağlı yeni təklif
Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet