Erasmus+ mübadilə proqramında iştirak etmək istəyən UNEC əməkdaşlarının nəzərinə!

04 OKTYABR 2024

Erasmus+ mübadilə proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində mübadilədə iştirak etmək istəyən UNEC-in professor-müəllim heyəti aşağıda qeyd olunan sənədləri 10 oktyabr 2024-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər:  

  1. CV (ingilis dilində)
  2. Çap olunmuş elmi əsərlərin siyahısı
  3. Akademik fəaliyyəti haqqında qısa (1 səhifəni keçməmək şərti ilə) məlumat

*
Qeyd:
 Sənədlər yalnız elektron qaydada qəbul edilir. Elektron məktubu göndərərkən başlıq hissəsində «UNEC əməkdaşları üçün Erasmus» yazılmalıdır. Başlıq hissəsi düzgün qeyd olunmayan elektron məktublar nəzərə alınmayacaqdır.