Maliyyə və Mühasibat fakültəsi (Tarixi)

Maliyyə və mühasibat fakültəsi 2015-ci ilin sentyabrında 2 fakültənin – Maliyyə və Uçot-iqtisad fakültələrinin birləşməsi nəticəsində yaranmışdır.

Maliyyə fakültəsi 1930-cu ildən Azərbaycan Ticarət-Kooperativ İnstitutunun strukturunda fəaliyyətə başlamış, müxtəlif illərdə Maliyyə-kredit, Maliyyə-iqtisad, Maliyyə-statistika adlandırılmışdır. 1932-ci ildə həmin fakültənin bazasında qısa vaxtda fəaliyyət göstərmiş Maliyyə İnstitutu yaradılmışdır. Lakin 1933-cü ilin yanvarında bir sıra kiçik institutlarla (Plan-iqtisad, Sosialist uçotu, Sovet quruculuğu və hüquq) yanaşı, Ma­liyyə İnstitutu da Azərbaycan Ticarət-Kooperativ İnstitutu ilə birləşdirilərək Sosial-İqtisad İnstitutu adı ilə fəaliyyət göstərmişdir. Maliyyə İnstitutu yenidən Maliyyə-kredit fakültəsi kimi Sosial-İqtisad İnstitu­tunun struk­turuna daxil olmuşdur. Bəzi dövrlərdə (məsələn, 1941-ci ildə) Mühasibat uçotu ixtisası da Maliyyə fakültəsinin tərkibində olmuşdur.

1959-cu ildən ADU ilə birləşdirildikdən sonra Maliyyə və kredit ixti­sasları İqtisadiyyat fakültəsində hazırlanmışdır.

1966-cı ildə AXTİ bərpa edilərkən sonra fakültə Maliyyə-statistika adı ilə yenidən fəaliyyətə başlamış, 1987-ci ildən Statistika ixtisasının Müha­si­bat uçotu fakültəsi ilə birləşdirilməsi ilə Maliyyə-kredit fakültəsi adlandırıl­mış­dır.

1966-cı ildən başlayaraq fakültəyə prof. Ə.M.Qaravəliyev (1966-1970), dos. R.Ə.Mustafayev (1970-1974), dos. A.C.Məmmədov, dos. R.M.Rza­yev (1977-1982), prof. Ə.H.Axundov (1982), dos. R.A.Bəşirov (1982-1987, 1995-2000, 2009-2010), dos. Ş.Bədəlov (1987-1995, 2000-2005), i.e.d., prof. D.A.Bağırov (2005-2009), dos. Z.İ.İbrahimov (2014-2015), G.Musayev (2016-2021) rəhbərlik etmişlər.

2004-cü ilin noyabr ayından başlanan struktur dəyişikliyi çərçivə­sində Maliyyə-kredit fakültəsi iki yerə bölünərək Maliyyə və Kredit-iqtisad adı ilə müstəqil fəaliyyət göstərən təhsil vahidlərinə çevrilmişdir.

Uçot-iqtisad. Uçot üzrə kadrların hazırlanması ilə müxtəlif illərdə İqtisad Universitetinin sələfləri olan Sosialist Uçotu İnstitutunda, Azərbaycan Ticarət və Kooperasiya İnstitutun­da, Sosial-İqtisad İnstitutunda, AXTİ-də, ADU-da, LMİİ-nin Bakı filialında və s. başqa ali məktəblərdə məş­ğul olunmuşdur. Hazırda uçot kadrları hazırlayan ən böyük ali məktəb İqtisad Universitetidir.

1959-cu ildə K.Marks adına AXTİ ləğv edildikdən sonra bu institutun bazasında S.M.Kirov adına ADU-nun tərkibində müstəqil İqtisad fakültəsi yaradıldı. Həmin dövrdəki tələbə kontingentinin demək olar ki, yarısı Mühasibat uçotu üzrə ixtisaslaşırdı. O illərdə İqtisad fakültəsinə professor Ə.R.Qasımov rəhbərlik edirdi.

1966-cı ildə obyektiv zərurət üzündən yenidən AXTİ təsis ediləndə, onun ən böyük fakültələrindən biri məhz Uçot-iqtisad fakültəsi oldu. Fakültəyə müxtəlif dövrlərdə dos. L.Əh­mədov, dos. N.Adıgö­zəlov, dos. Ə.Cəfərov, dos. F.Quliyev, dos. T.Ba­ba­yev, dos. N.M.İsmayılov, qısa vaxt­larda isə prof. Q.Rzayev, dos. C.Zərbəliyev rəhbərlik etmişlər.

*

Fakültədə əvvəlki illərdə uçot kadrları 6 istiqamətdə, sonra isə 3 istiqamətdə hazırlanırdı: sənayedə mühasibat uçotu; kənd təsərrüfatında mühasibat uçotu; ticarətdə mühasibat uçotu.

1987-ci ildə D.Bünyadzadə adına AXTİ ləğv edildikdən və onun bazasında LMİİ BF yaradıldıqdan sonra baza institutunun struktu­runa uyğun gəlmək üçün statistika ixtisası Uçot-iqtisad fakültəsinin tərkibinə daxil olunmuşdur.

2009-cu ildən başlayaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Azərbaycan Respublikası Na­zir­lər Kabinetinin iqtisadyönümlü ixtisaslarının yeni təsnifatına uyğun ola­raq Uçot-iqtisad fakültəsində 2 istiqamətdə («Mühasibat uçotu və audit», «Statistika») kadr hazırlığına başlanılmış və tədris proqramları bu istiqamətdə qurulmuşdur.

Hazırda fakültə Maliyyə və mühasibat adlanır.

Maliyyə və mühasibat” fakültəsinə 2021-ci ildən i.e.n., dos. Hacıyev Hafis Əhməd oğlu rəhbərlik edir. Dekan müavini dosent Azər İslam oğlu Qarayevdir.

“Maliyyə və mühasibat” fakültəsində inzibati fəaliyyətin təşkil edilməsi məqsədilə 2017-ci ildə fakültənin Elmi Katibliyi yaradılmışdır. Elmi Katiblik Fakültənin icraedici struktur vahididir və ona Elmi katib rəhbərlik edir.

Yarandığı vaxtdan (31.03.2017) 2020-ci ilin yanvar ayına qədər Fakültə Elmi Katibliyinə Murad Niyaz oğlu Ələkbərov rəhbərlik etmişdir. 2020-ci ilin yanvar ayından isə Fakültə Elmi Katibliyinə Kəmalə Rəfael qızı Həmidova  rəhbərlik edir.

Fakültə  AR Maliyyə Nazirliyi,  AR Mərkəzi Bankı, Kapital Bank, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət  Vergi Xidməti və digər qurumlarla sıx əlaqədə fəaliyyət göstərir. Maliyyə və mühasibat fakültəsində xarici əlaqələrə xüsusi diqqət yetirilir, Türkiyə, Ukrayna, Rusiya Federasiyası və s. ölkələrlə geniş elmi və təhsil əlaqələri saxlanılır.

Fakültə məzunları icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş qaydada ölkənin iqtisadi və sosial siya­sətini həyata keçirən dövlət strukturlarının müvafiq bölmələrində, təşkilati-hüquqi formasından asılı olmayaraq ictimai əhəmiyyətli qurum və şirkətlərdə, xarici investisiyalı müəssisələrdə, kiçik təsər­rüfatçılıq subyektlərində, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkət­lərdə və digər biznes strukturlarında, idarəetmə for­masından asılı olma­yaraq istehsal və qeyri-istehsal sferasında fəaliyyət göstərən kommersiya təşkilatlarında, ölkənin büdcə-vergi və maliyyə-kredit siyasətini həyata keçirən orqanlarda və onların yerlərdəki müvafiq bölmə­lərində, mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrinin uçot-hesabat bölmələrində və peşə ixtisasına uyğun strukturlarında fəaliyyət göstərirlər.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader