“ALCO” MMC UNEC tələbə və məzunları üçün “Logistika mütəxəssisi” vakansiyasını elan edir.
Vəzifəyə olan tələblər:
- Ali bakalavr təhsili;
- İqtisadiyyat, logistika, biznesin təşkili və idarə edilməsi, menecment və digər uyğun sahələr üzrə;
- Azərbaycan, türk, rus və ingilis dillərini əla səviyyədə bilmək, digər dillər arzuolunandır;
- MS Office – Excel, Word, əsas biliklərini və “Incoterms” qaydalarını bilmək;
- 22-35 yaş aralığı namizədlər.
Funksional öhdəlikləri:
- Beynəlxalq və yerli yük daşımalarının təşkili və koordinasiyasını həyata keçirmək;
- Şirkətin logistika fəaliyyətinin müvafiq qanunvericilik aktlarının (yerli və beynəlxalq) tələblərinə uyğunluğunu təmin etmək;
- Logistika əməliyyatları ilə bağlı potensial riskləri müəyyənləşdirmək və risklərinminimallaşdırılması üçün tədbirlər görmək;
- Daşımaların optimal marşrutlarını müəyyənləşdirmək;
- Nəqliyyat şirkətləri ilə danışıqlar apararaq müəyyənləşdirilmiş marşrutlar üzrə qiyməttəklifləri almaq və həmin şirkətlərlə müqavilə şərtlərini razılaşdırmaq;
- Yol-nəqliyyat sənədlərini hazırlamaq;
- Daşınmaların statusu ilə bağlı sorğuları cavablandırmaq;
- Daşınan yükləri izlənmək və yaranan problemlərin vaxtında aradan qaldırmaq;
- Daşınan yüklərin çatdırılma ünvanında aktla təhvil verilməsi təmin etmək;
- Görülən işlərlə bağlı dövri hesabatlar hazırlamaq.
Davranış səriştələri:
- Riyazi düşüncə və analitik təhlil;
- Ünsiyyət və komanda ilə işləmə;
- Problem həlletmə və detallara diqqətlə yanaşma;
- Dəqiqlik, operativlik və nəticəyönümlülük;
- Məsuliyyət və təşəbbüskarlıq.
Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.
Maraqlananlar CV-lərini 31 oktyabr tarixinədək [email protected] elektron poçtuna “Logistika mütəxəssisi” başlığı ilə göndə bilərlər.