e-mail: [email protected]
1995-ci il tarixində Balakən rayonunda anadan olmuşdur.
2012-ci ildə tam orta məktəbi bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasına qəbul olmuşdur. 2016-ci ildə bakalavr təhsilini bitirib, eyni ildə magistratura ali təhsil pilləsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya üzrə ekspert” ixtisasına qəbul olmuşdur. 2018-ci ildə magistr təhsilini bitirmişdir.
Əmək fəaliyyətinə 05.01.2016-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Meşə təsərrüfatı üzrə regional filialda ekoloji standartlar üzrə ekspert” kimi başlamışdır. 2021-ci ilin fevral-avqust ayları ərzində “Dost İş” Mərkəzində karyera məsləhətçisi olaraq fəaliyyət göstərmişdir. 2021-ci ilin avqust ayından etibarən Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Peşə hazırlığı” departamentində tədris müəssisələrində peşə hazırlığının təşkili üzrə baş mütəxəssis vəzifəsində çalışır.
*
*
Pedaqoji fəaliyyəti çərçivəsində Lalə Paşayeva Azərbaycan Dövlət İqtisad Universiteti nin “Karyera planlaşdırması və inkişafı kafedrasında “karyera planlaması” və “yumşaq bacarıqlar” fənnlərinin tədrisini həyata keçirir. Hal hazırda həmin kafedranın müəllimidir.
Ekspert olduğu sahələr: Peşə təhsili və peşə hazırlığı, əmək bazarı, təlim və şəxsi inkişaf, karyera planlaması, soft skill, korporativ və təşkilati davranış.