Mübadilə çərçivəsində Nilufar Rahimova UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Afət Ələkbərova və Orhun proqramının koordinatoru Jalə Heydərova görüşüb, eləcə də digər strukturların fəaliyyəti ilə tanış olub.
Nilufar Rahimova Rus İqtisad Məktəbinin tələbələri üçün də mühazirə keçib.
Mübadilənin sonunda özbəkistanlı müəllimə proqramda iştiraka dair sertifikat təqdim edilib.
Xatırladaq ki, Orhun mübadilə proqramı Türk Dövlətlər Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) təşəbbüsü ilə yaradılan və üzv universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsini dəstəkləyən proqramdır. Proqram çərçivəsində Türk Dünyası ölkələrinin ali təhsil müəssisələri arasında qarşılıqlı inteqrasiya və əməkdaşlığın inkişafı nəzərdə tutulub.