Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilib.
Müsabiqənin təşkilində məqsəd prezident İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.
Biznes ideyalar hazırlanarkən aşağıdakı tələblərin nəzərə alınması vacibdir:
Biznes ideya esse, təqdimat, video-çarx və digər formatda ola bilər.
“Made in Azerbaijan” biznes ideya müsabiqəsində bütün universitetlərin tələbələri iştirak edə bilər. Müsabiqəyə qatılmaq istəyən tələbələr martın 10-dan aprelin 12-dək biznes ideyalarını elektron formatda https://unec.edu.az/biznes-ideya-2016/səhifəsi vasitəsilə, yaxud [email protected] email ünvanına göndərə biləcəklər. Ekspert Şurası Biznes ideyaları 3 gün nərzində dəyərləndirərək 6 finalçı müəyyənləşdirəcək. Aprelin 19-da müsabiqənin final mərhələsində tələbələr biznes ideyalarınını təqdim edəcəklər və münsiflər heyəti 6 finalçı arasından 3 qalibi müəyyən edəcək. “Made in Azerbaijan” biznes ideya müsabiqəsində I yerin qalibi 1000, II yer 750, III yer isə 500 AZN mükafat qazanacaq. Daha ətraflı məlumat üçün UNEC-in qaynar xətt (146-1-3) xidməti ilə əlaqə saxlaya bilərsiniz.