1975-ci ilin fevral ayında Bakı şəhərində anadan olub.
1982-1992-ci illərdə orta məktəbdə oxuyub. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetini “Fərqlənmə” diplomu ilə bitirib. 2013-2014-cü illərdə İngiltərənin London şəhərində Kommersiya İdarəetməsi İnstitutu biznes sahəsində insan resurslarının idarəedilməsi üzrə təhsil alıb. 2016-2018-cü illərdə Rusiya Federasiyasının Moskva şəhərində O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin personalın korporativ idarəedilməsi sahəsində hüquqşünas maqistr proqramı üzrə təhsil alıb.
İş fəaliyyətinə 1991-1993-cü illərdə Qlobal Travel şirkətinin satış departamentində menecer kimi başlayıb. 1993-1997-ci illərdə İnzibatçı Mecenment sahəsində TASİS , GTZ Beynəlxalq Proqramı və ASB Beynəlxalq Humanitar Proqramı çərçivəsində müxtəlif layihələrdə çalışıb. 1997-2002-ci illərdə Azinturtrans /AZAL/, satış departament rəisi vəzifəsində çalışıb.
*
2002-2005-ci illərdə AAB Services Firması (Holland), BP podratçısı insan resurslarının idarəedilməsi departament rəisi vəzifəsində çalışıb. 2005-2007-ci illərdə BP STAFF Fircroft Engineering Services Bakı filialı, insan resurslarının idarəedilməsi departamentində əcnəbi personala dair xərclərə nəzarət üzrə mühəndisi vəzifəsində çalışıb. 2007-2008-ci illərdə Apsheron Operating Company LTD, insan resurslarının idarəedilməsi departament rəisi vəzifəsində çalışıb. 2008-2014-cü illərdə CMS (UK) şirkətində Dəniz Nəqliyyatı, yüklərin daşınması və heyətin beynəlxalq standartlarla işləməsində təcrübə qazanmış, insan resurslarının idarəedilməsi departamentində menecer vəzifəsində çalışıbdır. 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də İnsan resurslarının idarəedilməsi departamentinin rəisi vəzifəsinə təyin olunub. Hal-hazıradək həmin vəzifədə çalışır.
UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrasında müəllim (0.5) vəzifəsində çalışır.
Ailəlidir, üç övladı var.