Tələbələrin nəzərinə: Beynəlxalq Əməkdaşlıq Departamentində Təcrübə Proqramı

04 DEKABR 2024

UNEC tələbələrinə Beynəlxalq Əməkdaşlıq Departamentində ödənişsiz təcrübə proqramı imkanı təqdim edilir.

Proqramda iştirak edən tələbələr həm təcrübə qazanacaqlar, həm də akademik fəaliyyətlərini genişləndirmək imkanı əldə edəcəklər.

Tələblər:

  • İngilis dillərini yüksək səviyyədə bilməli.
  • Rus dili biliyi üstünlükdür.
  • Fəal olmaq və ünsiyyət bacarığına sahib olmalı.

İş saatları:

  • Birinci növbə tələbələri üçün: 14:00-dan 17:30-ə qədər.
  • İkinci növbə tələbələri üçün: 09:30-dan 13:00-ə qədər.

Müraciət üçün CV- ləri [email protected] ünvanına mövzu hissəsində “Könüllü” qeyd etməklə, 7 dekabr tarixinə kimi göndərməyiniz xahiş olunur.

Say məhdudiyyəti olduğu üçün təcrübəçilər müsahibə yolu ilə seçiləcəklər.