“UNEC-in bu sahədə atdığı addım da Azərbaycanın elmi mühitini canlandırmaq baxımından böyük əhəmiyyət daşıyır”

05 FEVRAL 2025 | VIEWS:

 

525.az

“UNEC-in bu sahədə atdığı addım da Azərbaycanın elmi mühitini canlandırmaq baxımından böyük əhəmiyyət daşıyır”

“Elm və bilik cəmiyyətin inkişafında mühüm rol oynayır və bu sahədə həyata keçirilən təşəbbüslər gənclərin elmə marağını artırmaq, onların dünyagörüşünü və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək baxımından çox vacibdir. UNEC-in “Elm gözəldir: Məktəbdən Elmə” və “Elmin Populyarlaşdırılması” layihələrinə start verməsi təqdirəlayiq addımdır və bu, elmin yalnız akademik dairələrdə deyil, daha geniş ictimaiyyət arasında da yayılmasına böyük töhfə verəcək”.

Bu fikirləri 525.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. O bildirib ki, dünyada elmi maarifləndirmə və populyarlaşdırma istiqamətində bir çox uğurlu nümunələr mövcuddur. Məsələn, ABŞ-da MIT OpenCourseWare layihəsi elmi bilikləri hər kəs üçün açıq edir, Birləşmiş Krallıqda Royal Institution Christmas Lectures məktəblilər üçün maraqlı və interaktiv elmi seminarlar təşkil edir, Fransada isə Fête de la Science adlı elmi festival keçirilir, müxtəlif yaş qruplarına uyğun eksperimentlər və seminarlar təqdim olunur. Bu kimi təşəbbüslər elmin daha əlçatan və cəlbedici olmasına kömək edir və UNEC-in bu sahədə atdığı addım da Azərbaycanın elmi mühitini canlandırmaq baxımından böyük əhəmiyyət daşıyır:

“Elmin populyarlaşdırılması üçün yalnız nəzəri biliklər vermək kifayət deyil, onu real həyatla əlaqələndirmək, praktiki və tətbiqi yanaşmalar təklif etmək lazımdır. İnteraktiv seminarlar, laboratoriya eksperimentləri, STEM yarışları, gənc alimlərlə görüşlər və sosial mediada elmi məzmunun yayılması bu istiqamətdə vacib addımlardır. Gənclər elmi kitablarda yazılmış quru məlumat kimi deyil, gündəlik həyatlarında istifadə edə biləcəkləri bir vasitə kimi görməlidirlər. Məsələn, iqlim dəyişikliyi ilə bağlı ekoloji layihələr, süni intellekt və robototexnika üzrə təcrübələr, kosmos tədqiqatları ilə əlaqəli interaktiv sessiyalar onların elmə marağını artırmaq üçün effektiv üsullardır.
UNEC-in bu təşəbbüsü digər universitetlər, məktəblər və elmi qurumlar tərəfindən dəstəklənməli, geniş miqyasda tətbiq olunmalıdır ki, Azərbaycanda elmi düşüncə tərzi daha da inkişaf etsin və gənc nəslin tədqiqatçılıq ruhu güclənsin. Mən də elm və təhsil sahəsində fəaliyyət göstərən bir mütəxəssis kimi belə təşəbbüsləri yüksək qiymətləndirir, bilik və təcrübəmi bölüşməyə, gənclərin elmə marağını artıracaq layihələrdə iştirak etməyə və dəstək verməyə hazıram. Elmi cəmiyyətə yaxınlaşdırmaq, onu sevdirib, həyatın ayrılmaz hissəsinə çevirmək bizim ən vacib missiyalarımızdan biridir”.

Sevinc Qarayeva 

“UNEC-in bu sahədə atdığı addım da Azərbaycanın elmi mühitini canlandırmaq baxımından böyük əhəmiyyət daşıyır”

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Fixbet - Starzbet - aviator oyna - omegle -

Loodgieter Den Haag

- tiktok takipçi satın al -

onwin

-

gizli hesap görme

- grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - gizli hesap görme - ip stresser - vip transfer antalya - matadorbet - onwin - Mersin evden eve nakliyat - Şehirler arası taşımacılık - Mersin evden eve nakliyat - Tarsus evden eve nakliyat - onwin - iptv anbieter - postegro giriş - baywinegir.com -
betgarantiyegir.com
- betexperegir.com