Azərbaycan Dövlət İqtisad Universiteti

Rus iqtisad məktəbi

Tümen Dövlət Universiteti

Beynəlxalq sahibkarlıq məktəbi

İnformasiya məktubu

Hörmətli elm və təhsil nümayəndələri, sahibkarlar! 11-12 aprel 2025-ci il tarixində UNEC-in 95 illik yubileyinə həsr olunmuş Rus iqtisad məktəbi ilə TDU-nun Beynəlxalq sahibkarlıq məktəbinin “Sahibkarlıq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda I beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransda Azərbaycandan, Qazaxıstandan, Türkiyədən, Rusiyadan, Macarıstandan, İsraildən, Özbəkistandan, Belarusdan,  Tacikistandan, Latviyadan və Qırğızıstandan tədqiqatçılar və biznes icmalarının nümayəndələri iştirak edəcəklər. Konfrans hibrid (oflayn və onlayn) formatda keçiriləcək, tədqiqatçılara və sahibkarlara netvorkinq əlaqələri qurmaq üçün geniş imkanlar verəcək.

Müzakirə olunan mövzular: sahibkarlıq təhsili -iqtisadiyyatın inkişafının drayveri kimi; sahibkar peşəsi; iqtisadiyyatın rəqəmsallaşması şəraitində sahibkarlıq təhsili; sahibkarlıq təhsili və sahibkarlıq haqqında elm; sahibkarlıq təhsili və məşğulluq; universitetlərdə sahibkarlıq ekosisteminin yaradılması; sahibkarlıq universitetləri; sahibkarlıq təhsilinin inkişafında dünya təcrübəsi; Azərbaycanda sahibkarlığın inkişafı və s.

Konfransın mühüm tarixləri bunlardır:

-21.03.2025-ci il – məqalələrin təqdim olunması üçün son tarix;

-28.03.2025-ci il – Konfransa qəbul olunan məruzə müəlliflərinə qəbul məktubunun göndərilməsi;

-4.04.2025-ci il – Konfransda    iştirak üçün  qeydiyyatın tamamlanması.

Məqalələr azərbaycan, türk, rus və ingilis dillərində qəbul edilir.

Məqalələrə qoyulan tələblər: Times New Roman, şrift 14, həcm 4-10 səhifə, interval 1, səhifənin parametrləri sol -3 sm, sağ -1.5 sm, yuxarı-2 sm, aşağı -2 sm.

Məqalələri [email protected] e-mailə göndərə bilərsiniz.

Konfransın səhifəsi

KONFRANS MATERIALLARI-2024-RİM 2025

Qeydiyyat üçün linklər:

 (azərbaycan dilində) 

 (rus dilində)

(ingilis dilində)

*

     

 

11 aprel 2025

 

Plenar müzakirə:

“Sahibkarlıq təhsili – iqtisadiyyatın inkişafının drayveridir”

 

Mövzu üzrə birinci panel müzakirəsi:

“Sahibkar peşəsi, onun legitimləşdirilməsi və inkişaf perspektivləri”

Mövzu üzrə ikinci panel müzakirəsi:

“Ali təhsil sistemində sahibkarlıq ekosistemi”

Mövzu üzrə üçüncü panel müzakirəsi:

“Sahibkarlıq təhsili və sahibkarlıq haqqında elm”

 

12 aprel 2025

 

UNEC-in 95 illik yubileyinə həsr olunmuş  “Sahibkarlıq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda I beynəlxalq elmi-praktiki konfransın tematik istiqamətləri

 

  1. İqtisadiyyatın rəqəmsallaşması şəraitində sahibkarlıq təhsili

Təhsilin rəqəmsallaşması – iqtisadi inkişafın drayveri kimi

Sahibkarlıq təhsilinin rəqəmsal iqtisadiyyatın inkişafında rolu

Rəqəmsal iqtisadiyyat sistemində akademik sahibkarlıq modelləri

Rəqəmsal bacarıqların sahibkarlıq təhsilinin tədris proqramlarına inteqrasiyası

Gələcək sahibkarlar üçün rəqəmsal savadlılığın inkişafı

Sahibkarlıq təhsilini yaxşılaşdırmaq üçün onlayn platformalar və rəqəmsal alətlər

Süni intellektin sahibkarlıq təhsilinə təsiri

Müasir sahibkarlıq təhsilinin formalaşmasında rəqəmsal texnologiyaların rolu

Ölkələrin iqtisadi rəqabətqabiliyyətliliyinin təmin olunmasında “Sahibkar” peşəsinin yaranmasının zəruriliyi

“Sahibkar” peşəsi – cəmiyyətdə sahibkarların statusunun yüksəlməsində əsaslandırıcı faktor kimi

 

  1. Sahibkarlıq universitetləri

Sahibkarlıq universiteti: mahiyyəti və xüsusiyyətləri

Universitetlərdə sahibkarlıq ekosisteminin formalaşdırılması

Sahibkarlıq universitetləri – dövlət, təhsil və biznesin əməkdaşlığının nəticəsi kimi

Sahibkar universitetlərinin yaradılması təcrübəsi

Sahibkarlıq universitetlərinin və biznes məktəblərinin reytinqinin formalaşması

Sahibkarlıq universitetlərinin formalaşmasında biznes icmalarının rolu

Sahibkarlıq düşüncə tərzinin formalaşmasında universitetlərin rolu

Universitetlər sosial sahibkarlıq mərkəzləri kimi: imkanlar və çağırışlar

Sahibkarlıq ekosisteminin yaradılması: universitetlərin startapların dəstəklənməsində rolu

Universitetlərin nəzdindəki inkubatorlar: sahibkarlıq innovasiyalarının həlledici amili kimi

Sahibkarlıq universitetlərinin uğurunu ölçmək üçün KPI sistemləri

Sahibkarlıq universitetlərinin ənənəvi universitetlərdən əsas fərqləri

 

  1. Sahibkarlıq təhsili və sahibkarlıq haqqında elm iqtisadi artımın formalaşmasında

Sahibkarlıq haqqında elmin formalaşması

Sahibkarlıq təhsilinin paradiqmasının formalaşması: əsas anlayışların təkamülü və genezisi

Sahibkarlıq təhsilinin ölkə iqtisadiyyatının inkişafında rolu

Tələbələrin sahibkarlıq fəallığını formalaşdıran amillər

Sahibkarlıq təhsili və onun iş yerlərinin yaradılmasına təsiri

Qadın sahibkarların gələcəyin iqtisadiyyatının formalaşmasında rolu

Gənclərdə sahibkarlıq bacarıqlarının inkişafı: uğurlu iqtisadi artımın açarı kimi

Sahibkarlıq və dayanıqlı inkişaf: biznesin ətraf mühitin qorunmasına təsiri

Sahibkarlıq və inklüziv inkişaf: biznesin sosial bərabərsizliyin azaldılmasında rolu

Sahibkarlıq və biznes təhsili arasındakı əsas fərqlər

Sahibkarlıq və peşə təhsili üzrə standartlaşdırılmış tədris proqramlarının formalaşdırılmaslı

Sahibkarlıq təhsilinin effektivliyinin qiymətləndirilməsi üçün kompleks modellər

Sahibkarlıq elminin formalaşması üçün zəruri şərtlər

 

  1. Sahibkarlıq təhsilinin inkişafının dünya təcrübəsi

Sahibkarlıq təhsili institutları: dünyada onların inkişafı təcrübəsi

Sahibkarlıq təhsilinin əsas problemləri və inkişaf perspektivləri

Sahibkarlıq təhsilinə qlobal yanaşmalar: müqayisəli təhlil

Dövlət proqramlarının və təşəbbüslərinin sahibkarlıq təhsilinin dəstəklənməsində rolu

Rəqəmsallaşmanın müxtəlif ölkələrdə sahibkarlıq təhsilinə təsiri

Müxtəlif ölkələrdə sahibkarlıq təhsilinə yanaşmalara mədəni fərqliliklərin təsiri

Beynəlxalq startap ekosistemləri və onların sahibkarlıq təhsili ilə əlaqəsi

Universitetlərin və biznes məktəblərinin gələcək sahibkarların hazırlanmasında rolu: beynəlxalq təcrübə

Sahibkarlıq fəaliyyəti üçün tələbələrin hazırlanmasında qlobal meyllər: nəzəriyyədən təcrübəyə

Qlobal iqtisadiyyatın çağırışlarına cavab olaraq sahibkarlıq təhsilinin transformasiyası

Qloballaşma və onun sahibkarlıq imkanlarına və iqtisadi artıma təsiri

 

 

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - baywinegir.com -
betgarantiyegir.com
- betexperegir.com - casino siteleri - lotobet güncel girişi - ankara escort - ucuz uz - Free twitch viewers - vozol