Vəzifə öhdəlikləri:
- Bazarın, rəqiblərin araşdırılması, satış analizlərin aparılması, bazar həcminin və tələbatın müəyyənləşdirilməsi;
- Şirkətin məhsullarının satışını stimullaşdırmaq üçün təkliflərin verilməsi və ona uyğun strategiyanın qurulması;
- Şirkətin satışı artırmaq üçün yeni bazarların və seqmentlərin araşdırılması və təqdimatların edilməsi;
- Reklam və tanıtım ehtiyaclarının öyrənilməsi, kommunikasiya strategiyasının müəyyənləşdirilməsi;
- Sosial şəbəkələrdə və digər reklam daşıyıcılarında postları yerləşdirmək, reklamların effektivliyin hesabatını vermək;
- Lazım olan prezentasiyaların və dizaynların hazırlamaq;
- Kataloqların dizaynı ilə əlaqəli fəaliyyətlərin görülməsi;
- Layihələrdə kataloqlar üçün şəkillər çəkmək.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Bacarıqlı olmaq;
- İşə həvəslə yanaşmaq.
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri
- 5 günlük iş rejimi, 9.00-17.30
Qeyd:
- Şirkət tərəfindən iş öyrədiləcək;
- 2 aylıq təcrübə proqramı;
- Sertifikat verilir.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Marketinq üzrə təcrübə” qeyd etməklə göndərə bilərlər.