Düşərgə proqramlaşdırma dilləri (PHP, Python, Java, Javascript) və sistem inzibatçılığı istiqamətləri üzrə keçiriləcək.
Düşərgədə kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarında bakalavriat üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura və doktorantura üzrə təhsil alanlar və məzunlar iştirak edə bilərlər.
Müraciət zamanı namizədlər proqramlaşdırma və sistem inzibatçılığı sahələrindən birini seçməlidirlər.
Düşərgə iştirakçıları developer və sistem administratoru istiqamətlərində keçiriləcək ilkin imtahan əsasında seçiləcək.
Qeydiyyat prosesi 9 mart tarixinədək davam edəcək.