UNEC-də III daxili qrant müsabiqəsi haqqında təlim keçiriləcək

15 APREL 2025

UNEC-də 18 aprel tarixində saat 16:00-da I tədris binasının Ağ zalında III daxili qrant müsabiqəsində iştirakla bağlı məlumat vermək və iştirakçıların hazırlığını təmin etmək məqsədilə təlim keçiriləcək.

Təlimə UNEC professor-müəllim heyəti, tədqiqat mərkəzlərində çalışanlar, təhsil alanlar və digər əməkdaşlar dəvət olunurlar.

Əlaqələndirici şəxs: Elmi Fəaliyyətin Təşkili və İdarə Edilməsi Departamentinin (EFTİED) böyük mütəxəssisi Ülviyyə Məmmədova +994 12 492 72 98