UNEC: Təhsilin innovativ modeli

15 APREL 2016 | VIEWS:

“Azərbaycan müəllimi” qəzeti, 9 aprel 2016

Bu yaxınlarda 85 illik yubileyini qeyd edən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) hazırda respublika və bütövlükdə Cənubi Qafqazın aparıcı təhsil ocaqlarından birinə çevrilib. İqtisad Universitetinin XXI əsrin əvvəlindəki intibahı Ulu Öndərinvə onun layiqli siyasi varisi İlham Əliyevin təhsil strategiyasının təntənəsidir. Məhz bu dövrdə Azərbaycan təhsilinin inkişaf strategiyası müəyyənləşdirildi və geniş islahatlar proqramı qəbul edildi.

UNEC Azərbaycanda iqtisadiyyatın bütün sahələri üçün ali təhsilin bütün pillələri (bakalavriat, magistratura və doktorantura) üzrə mütəxəssislər hazırlanmasını həyata keçirən yeganə dövlət ali təhsil müəssisəsidir. Bu gün UNECAvropa təhsil məkanına uğurla inteqrasiya olunur. Universitetdə müasir tədris metodları və texnologiyalarının tətbiqinə əsaslanan keyfiyyətli və şəffaf təhsil mühiti təmin olunub, çevik idarəetmə sistemi, mükəmməl sturuktur, müasir tələblərə cavab verən maddi-texniki baza və təhsil infrasturukturu yaradılıb.

Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti yüksək intellektual potensialı olan professor-müəllim  kollektivinə, müasir dünya standartlarına cavab verən təhsil sisteminə, güclü maddi-texniki baza və infrastruktura malik olan modern tədris müəssisəsidir. Universitetdə hazırda 18 mindən artıq tələbə, magistrant və doktorant təhsil alır.

Təhsil prosesi ən yüksək təlim texnologiyalarına əsaslanmaqla yüksəkixtisaslı professor-müəllim heyəti tərəfindən Azərbaycan, rus, türk və ingilis dillərində həyata keçirilir. Tələbələrin tədrisi ilə 900 nəfərə yaxın professor-müəllim heyəti məşğul olur.

UNEC-in çoxşaxəli fəaliyyətini bir sıra parametrlər üzrə xarakterizə etmək olar. Lakin istiqamətindən asılı olmayaraq, bütün fəaliyyət sisteminin əsas qayəsi bu ali məktəbin nüfuzunu dünya universitetləri səviyyəsinə qaldırmaqdan ibarətdir.

Beynəlxalq əlaqələr sistemində UNEC-indünyanın nüfuzlu universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrlə iş, beynəlxalq təşkilatlar və universitet birlikləri ilə əlaqələrin genişləndirilməsi prioritetlərdəndir.

Bu sahədə aparılan məqsədyönlü, ardıcıl və səmərəli fəaliyyət nəticəsində UNEC “Mevlana” , “Erasmus +” və ikitərəfli müqavilələr əsasında 10 ölkənin universitetləri ilə 40-a yaxın müəllim və tələbə mübadiləsini həyata keçirir.UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalayıb. Almaniyanın Ziqen Universiteti (Siegen Universiteti), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (University of Business and İnternational Studies), Litvanın Mikolas Romeris Universiteti (Mykolas Romeris University), Böyük Britaniyanın Uorvik Universiteti (University of Warwick), Cənubi Koreyanın Vusonq Universitetinin Solbrij Beynəlxalq Biznes Məktəbi (Solbridge İnternational School of Business, Woosong University), Türkiyənin Qazi, Hacettepe və Sakarya universitetləri ilə fəal əməkdaşlıq edir.

UNEC-də Türk Dünyası Araşdırmaları Vəqfinin təşəbbüsü ilə İstanbul Universitetinin proqramı əsasında Türk Dünyası İşlətmə fakültəsi fəaliyyət göstərir. Həmin fakültənin məzunlarının diplomu Türkiyə Ali Attestasuya Komissiyası tərəfindən tanınır.

Son iki ildə UNEC dünya miqyasında tanınmaq üçün beynəlxalq reytinq agentilikləri ilə aktiv iş aparır. Bunun nəticəsi olaraq 2015 və 2016-cı illərdə WEBOMETRİCS beynəlxalq reytinq agentiliyinin məlumatlarına görə,UNEC Azərbaycanda fəaliyyət göstərən universitetlər arasında birinci yerdə qərarlaşıb.

Məqsədyönlü fəaliyyətin nəticəsi olaraq UNEC Dünya  Bankı, Asiya İnkişaf Bankı (AİB), Amerika Ticarət Palatası  (AMCHAM), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Ümumdünya Əqli  Mülkiyyət Təşkilatı  (ÜƏMT)ilə aktiv əməkdaşlıq edir.

Universitetdə MBA səviyyəsində tədris planları tamamilə yenilənib və beynəlxalq tələblərə uyğunlağdırılıb. Belə ki, İsveçrənin UBİS, Kanadanın Alert, Almaniyanın Qərbi Drezden Texniki Universitetində UNEC-in MBA proqramına yüksək qiymət verilib. Hazırda magistratura səviyyəsində tədris planlarının əsaslı surətdə yenilənməsi işləri tamamlanmaq üzrədir.UNEC İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə “Biznesin təşkili və idarəedilməsi”  ixtisası üzrə birgə MBA proqramını, Litvanın Mikolas Romeres Universiteti arasında maliyyə ixtisası üzrə birgə magistratura proqramını həyata keçirir.

Yunanıstan Respublikasının Qərbi Makedoniya Texniki Təhsil İnstitutu ilə UNEC arasında birgə kadr hazırlığına dair razılıq əldə olunub. Bu razılaşmanın nəticəsi olaraq universitetin professor-müəllim heyəti ilk dəfə olaraq xaricdə kadr hazırlığı prosesinə cəlb edilib. Belə ki, Qərbi Makedoniya Texniki Təhsil İnstitutunda120 kredit həcmində magistr proqramının 30 krediti UNEC müəllimləri tərəfindən həmin universitetdə tədris edilir.

UNEC Beynəlxalq Universitetlər Assosiasiyasının (İAU), Avropa Universitetlər Assosiasiyasının (EUA), İslam Dünyası Universitetləri Federasiyasının (FUİW), Qafqaz Universitetlər Birliyinin (CUA) və digər nüfuzlu təşkilatların üzvüdür. Universitetdə “Dünya Bankının İctimai-İnformasiya Mərkəzi” və “ÜTT İstinad Mərkəzi” fəaliyyət göstərir.UNEC UNCTAD-ın Virtual İnstitutunun Azərbaycandan olan yeganə üzvüdür.

Son iki ildə universitetdə islahatların aparılmasının keyfiyyətcə yeni mərhələsinə başlanıb. Universitetdə paralelliyi aradan qaldırmaq  məqsədilə bir sıra kafedraların fəaliyyəti dayandırılıb, fakültələr birləşdirilərək meqa fakültələrəçevrilib.Eləcə də UNEC-də indiyə qədər müstəqil struktur vahidi kimi fəaliyyətdə olmuş “Maliyyə”, “Bank işi”, “Vergi və vergiqoyma” kafedraları birləşdirilərək bu sahədəki lüzumsuz paralellik aradan qaldırılaraq “Maliyyə və maliyyə institutları” adlı təhsil və elmi tutumu özündə ehtiva edən fundamental kafedra yaradılıb. Çevik idarəetməyə yönəldilən bu struktur dəyişikliyi lüzumsuz təkrarlamaları aradan qaldırmaqla yanaşı, izafi xərclərə son qoyaraq, mobil təhsil və elmi araşdırmalara şərait yaradır.

Tələbələrin universitetin idarə edilməsi prosesinə cəlb olunması ilə yanaşı, onlardaözünüidarəetmə bacarığının formalaşdırılması üçün “Tələbə Rektor” layihəsi həyata keçirilir. Tələbələrimizin sosial layihələrə cəlb edilməsi üçün də şərait yaradılıb. Universtetdə tələbə təşkilatları, tələbə ictimai birliklərinin fəaliyyətini xüsusi qeyd etmək olar.

Universitetimizdə reallaşdırılan “İnnovativ Biznes-İnkubator” (İBİ) layihəsi bu sahə üzrə ölkəmizdə ilk universitet təşəbbüsü və layihəsi hesab oluna bilər. İBİ  “İnnovativ Biznes-İnkubator”un əsas fəaliyyət istiqaməti – tələbə “startap”larının təşkili və onların inkişafıdır.

UNEC-də professor-müəllim heyətinin əməyinin differensial qiymətləndirilməsi üçün innovativ ödəmə sistemi işlənib hazırlanıb. Bu sistemə əsasən təhsil, elmi araşdırmalar- yəni dərslik, dərs vəsaiti, monoqrafik əsərlər, impakt faktor indeksli jurnallarda məqalələr nəşr etdirən, habelə fərdi reytinqini artırmaq üçün əlavə elmi fəaliyyətlər göstərənpedaqoji heyət aldığı əmək haqqından əlavə maliyyə vəsaiti də qazana biləcək.

Bu,sağlam və ədalətli rəqabət mühitinin formalaşmasına geniş imkanlar açmaqla yanaşı, maddi və mənəvi baxımdan pedaqoji kardlara stimul, həm də bütövlükdə ali məktəbin reytinqinin yüksəlməsinə töhfə olacaqdır.

UNEC-də qabaqcıl professorların, kafedra müdirlərinin zəngin təcrübəsindən istifadəyə, gənc müəllimlərlə iş aparmalarına, metodik işlərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Bu mənada, əvvəlcədən tərtib olunan qrafikə uyğun olaraq 2016-cı ilin yanvar-fevral aylarında nümunəvi dərslər təşkil olunması xüsusi yer tutur. Bir ilk kimi start götürən bu mühazirələrdə universitetin gənc mütəxəssisləri ilə yanaşı, təcrübəli pedaqoqlar, professor-müəllim heyəti, respublikanın başqa ali məktəbləri və digər sferaların mütəxəssisləri də yaxından iştirak etdi. Qarşılıqlı fikir mübadiləsi, elmi diskussiya və interaktiv materiallardan istifadə ilə keçirilən bu məşğələlərin böyük əhəmiyyəti mübahisəsizdir.

Təhsil müəssisələrində görülən işlərin, həyata keçirilən çoxsaylı tədbirlərin əsas məqsədi savadlı mütəxəssislər, vətəninə, xalqına sədaqətli olan yeni nəsil yetişdirməkdən ibarətdir. Bu, birinci növbədə tələbə-müəllim münasibətlərində şəffaflığın, ədalət və qanunun aliliyinə əməl olunması prinsipi ilə bağlıdır. UNEC bu yolda uğurla irəliləyir.

UNEC-in İstehlak mallarının ekspertizası kafedrasının müdiri, professor Əli Həsənov,

Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov.

“Azərbaycan müəllimi”,  9 aprel.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol