Fransanın Montpellier Universiteti ilə UNEC-in birgə reallaşdırdığı ikili diplom proqramının təqdimatı keçirilib

06 MAY 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Fransanın Montpellier Universiteti ilə UNEC-in birgə bakalavr dərəcə proqramının təqdimatı keçirilib.

UNEC-in tələbə və müəllimlərinə proqram haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2016/2017-ci tədris ilindən başlayaraq UNEC-in dünya iqisadiyyatı, maliyyə, mühasibat, iqtisadiyyat və biznesin idarəolunması ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə diplom əldə edə biləcəklər.

Proqramda ilk iki tədris ilini UNEC-də təhsil alan və 120 kredit qazanan, ingilis dili bilikləri olan tələbələr iştirak edə bilər. 3-cü kursda proqram üçün seçilən tələbələrə iki variant  üzrə təhsillərini davam etdirmək imkanı veriləcək.

Birinci variantı seçən tələbələr 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönərək, təhsillərini 4-cü kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrə Montpellier Universitetinin tələbə kartları veriləcək.

İkinci variant olaraq, tələbələrə İqtisad Universiteti və Montpellier Universitetinin təhsil proqramlarına uyğunlaşdırılan proqram üzrə 3-cü kurs təhsilllərini UNEC-də davam etdirmək təklif olunur. Tələbələrə bir neçə fənni Montpellier Universitetinin professorları tədris edəcək. Onlar həm UNEC, həm də Montpellier Universitetinin tələb olunan kreditlərini əldə edəcəklər.

Təqdimatın sonunda iştirakçıların sualları cavablandırılıb.

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - baywinegir.com -
betgarantiyegir.com
- betexperegir.com - casino siteleri - lotobet güncel girişi - ucuz uz - Free twitch viewers - vozol